1
Elektron lövhələr, növləri, imkanları
Elektron lövhə – tədris prosesinin müəllim və şagirdin aktivliyi şəraitində aparılmasını təmin
edən bir qurğudur. Ona bəzən “Ağıllı lövhə” də deyirlər. Elektron lövhə vasitəsilə dərs prosesini
maraqlı, məzmunlu, rəngarəng, daha dolğun şəkildə qurmaq mümkündür. Elektron lövhə
vasitəsilə qurulmuş dərslər şagirdi işləməyə, düşünməyə, tədqiqatçılığa, yaradıcılığa, tənqidi və
yaradıcı təfəkkürün inkişafına şövq edir. Bu lövhədə bütün əməliyyatları elektron lövhənin
sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla interaktiv
rejimdə aparmaq olar. “Ağıllı” lövhənin üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini,
hazırlanmış şablonları, modelləri kompyuterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə
etmək rahatdır. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri
qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Yəni, şagird iştirak edə bilmədiyi dərsin elektron
variantı ilə sonradan tanış olur və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi
təkrar-təkrar kompyuterdə izləyir.
Təhsil müəssisələrində müxtəlif növ elektron lövhə proqramlarından istifadə olunur. Bunlara
misal olaraq aşağıdakıları göstərmək olar:
•
Promethean lövhələr üçün Activinspire proqramı;
•
Mimio lövhələr üçün Mimio Studio proqramı;
•
İnteractive Whiteboard lövhələr üçün İnteractive Whiteboard
Software;
•
SmartBoard lövhələr üçün Smart Notebook proqramı və s.
Bu gün elektron lövhələr olmadan müasir təlim prosesini təsəvvür etmək mümkün deyil.
Elektron lövhə ilə keyfiyyətcə yeni səviyyəli dərs hazırlamaq və onu yüksək səmərə ilə təşkil
etmək ancaq proqram təminatından tam və bacarıqla istifadə şəraitində mümkündür. Elektron
lövhənin proqramı rəqəmsal məhsul yaratmağa imkan
verir ki, bu da şagirdin dərketmə prosesinə
və müstəqil işə tam qoşulmasına şərait yaradır.
Sözügedən lövhə proqramlarında, xüsusilə Smart Notebook proqramında interaktiv testlərin
yaradılması tədris prosesini maraqlı, zəngin və yaddaqalan edir. İnteraktiv sözünün mənası
“qarşılıqlı fəaliyyətə əsaslanan” deməkdir. Analoji olaraq interaktiv testlər də qarşılıqlı fəaliyyət
əsasında qurulan testlər anlayışına gətirib çıxarır. İnteraktiv testlərin yaradılması fənlərarası
inteqrasiyanın təşkilini təmin edir.
• İnteraktiv lövhənin üstündə xüsusi elektron qələm ilə yazmaq olur. Lövhə slaydları, videonu
göstərməyə, şəkil çəkməyə (adi lövhədəki kimi), real vaxtda əks olunan şəkilin üstündə
qeydlər etməyə, hər dəyişikliyi daxil etməyə və onları kompyuter faylları qismində sonra
redaktə etmək üçün yaddaşda saxlamağa, printerdə çap etməyə, faks və yaxud elektron poçt
vasitəsi ilə göndərməyə imkan verir.
• Elektron lövhənin digər yaxşı cəhətləri ondadır ki, animasiya imkanı yaradır,
real vaxtda
çəkilən şəkillərə baxmaq və muhazirələri yazmaq olur. Bütün ineraktiv elektron lövhədə
yazılan fikirlər komputerdə etibarlı saxlanılır və ardıcıllıqla bərpa edilə bilirlər.
• “Ağıllı” lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun üzərində
aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompyuterin
daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. Bütün sistem dörd elementdən
ibarətdir:
1. İntellektual lövhə