3
− təlimdə yeri və rolunu muəyyən edən funksional əlamətə gorə;
− struktura görə;
− mətnin təşkilinə (strukturuna) görə;
− təqdim edilən informasiyanın xarakterinə görə;
− şərh formasına görə;
− məqsədli təyinata görə;
− cap ekvivalentinin (analoqunun) movcudluğuna görə;
− əsas informasiyanın təbiətinə görə;
− yayım texnologiyasına görə;
− istifadəci və elektron nəşrin qarşılıqlı əlaqə xarakterinə görə;
Hal hazırda tədris nəşrləri sisteminin muəyyən
tipaloji modeli
yaranmışdır. Onlar tədris nəşrinin təlim prosesində yeri və əhəmiyyətini
muəyyən edən funksional əlamət əsasında dord qrupa bolunurlər:
proqram-metodik (tədris planı, tədris proqramı), tədris-metodik (metodik
gostərişlər), oyrədici (dərslik, dərs vəsaiti, muhazirə konspektləri), koməkci
(praktikumlar, muntəxabatlar və s.) tədris nəşrləri.
Informasiya
texnologiyaları bu təsnifata gorə beşinci qrup tədris nəşrini təşkil edə bilər:
yoxlayıcı-nəzarətedici (testləşdirici
proqramlar, verilənlər bazası).
Elektron nəşrlər strukturuna gorə
bir tomlu, coxtomlu və
elektron seriya
kimi təsnif
edilir.
Mətnin təşkilinə görə tədris elektron nəşrlər mononəşrlər və məcmuə kimi
iki qrupa
bölünür.
Verilən informasiyanın xarakterinə gorə tədris nəşrləri tədris planı, tədris
proqramı,
metodik gostəriş, metodik rəhbərlik, təcrubə proqramı, muntəxəbat,
dərslik, dərs vəsaiti və s. kimi təsnif olunur. Materialın şərhinə görə tədris
materialları aşağıdakı kimi təsnif olunur:
− konveksion tədris materialları (təlimin informativ funksiyasını
həyata kecirir);
− proqramlaşdırılmış tədris nəşrləri (muasir anlamda elektron nəşrlər);
− problemli tədris nəşrləri (şagirdlərin məntiqi təfəkkurunun inkişafı
məqsədi ilə tədris materialı problemli təlim nəzəriyyəsi əsasında şərh
4
olunur, belə nəşrlər şagirdlərin idrak fəaliyyətini yuksəltməyə xidmət
edir );
− kombinə edilmiş və ya universal tədris nəşri.
Elektron kursun yaradılma prosesi əsasən uc mərhələyə bolünür:
1. Kursun layihələndirilməsi.
2. Kurs materiallarının hazırlanması.
3. Materialların vahid proqram kompleksində birləşdirilməsi.