· bir tərəfdən ölkənin keçid iqtisadiyyatı dövrü yaşaması, digər tərəfdən
isə Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikası
ərazisinin 20%-nin işğal olunması nəticəsində bir milyondan çox
qaçqının və məcburi köçkünün mövcud olması ilə əlaqədar, informasiya
və kommunikasiya texnologiyalarının tətbiqinə hökumətin yetərincə
maliyyə vəsaitləri ayırmaq imkanlarının olmaması;
· ölkənin keçid iqtisadiyyatı dövrü yaşaması ilə əlaqədar olaraq inkişaf
etmiş ölkələrə "beyin axınının" mövcudluğu;
· informasiya və kommunikasiya texnologiyalarının imkanları və
üstünlükləri barədə geniş əhali kütlələrinin az məlumatlı olması;
· informasiya və kommunikasiya texnologiyaları sahəsində yüksək
səviyyəli mütəxəssislərin çatışmazlığı;
· ölkə miqyasında kompüterləşdirmənin səviyyəsinin aşağı olması;
· təhsilin bütün səviyyələrində informasiya və kommunikasiya
texnologiyaları ilə əlaqədar olan fənlərin tədrisinin müasir dövrün
täəblərinə cavab verməməsi;
· informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə
görə şəhər və rayonlar arasında kəskin fərqin olması;
· Azərbaycan dilinin informasiya və kommunikasiya texnologiyaları
sahəsində geniş istifadə olunmasında ciddi problemlərin olması;
· İKT sahəsində Azərbaycan dilində ədəbiyyatın azlığı;
· ümummilli informasiya resurslarının formalaşması prosesinin həddən
artıq ləng getməsi;
· respublikanın
informasiya
və
kommunikasiya texnologiyaları
sahəsində bir çox beynəlxalq inteqrasiya yönümlü layihələrdə fəal iştirak
etməməsi;
· respublikada
qüvvədə
olan
telekommunikasiya
tariflərinin
informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə maneələr
yaratması;
· telekommunikasiya sahəsində innovasiyaların tətbiqini ləngidən və
azad rəqabətə mane olan dövlət inhisarının mövcudluğu.