− Nümayış etdirici bir vasitə kimi istifadə olunur: bu halda müəllim
qabaqcadan hazırladığı təqdimetmə materiallarını-çıxışını və ya müəyyən
ixtisasa aid nümayiş xarakterli materiallarını təqdim edir;
− Hər şagird öz kompüteri arxasında işləyir. Bu halda şagirdin yerinə yetirə
biləcəyi işlərin və istifadə edəcəyi proqramların çeşidi çox genişdir. Həmin
proqramların bəziləri aşağıda göstərilmişdir:
❖ Müxtəlif fənn və ixtisaslar üçün tematik proqram və vasitələr (elektron
dərsliklər, ensiklopediya və sorğu kitabları, təlim trenajorları, atlaslar,
multimedia proqramları, testlər və s);
❖ Adi proqram - redaktorlar (Word, Power Paint və s.) və ya şagirdlərin
layihələndirmə fəaliyyətinin və nəşr işinin təşkili üçün xüsusi proqramlar;
❖ Kompüterin başqa texniki avadanlıqlarla (skayner, rəqəmsal foto, mikrofon
və s.) işini təmin edən xüsusi proqramlar;
❖ İnternet şəbəkəsində lazımi məlumatların axtarışı üçün proqramlar.
Təhsildə İKT-nin tətbiq edilə biləcəyi sahələrindən biri də peşə təhsili
müəssisələrində avtomatlaşdırılmış kitabxananın yaradılmasıdır. Belə kitabxanada
fondun, abonement haqqında məlumatın uçotunun avtomatlaşdırılması, kitabxana
fondundan istifadənin analizi təmin olunur. Bu kitabxana, ilk növbədə,
istifadəçilərin rahatlığına istiqamətlənmiş olur. Oxucu ona lazım olan ədəbiyyatın
kitabxana fondunda olub-olmaması barədə məlumatı çox qısa müddətdə əldə edir.
Təhsil müəssisəsində elektron kitabxana yaradılarsa, bu zaman evdə oturmaqla
həmin kitabxanadan İnternet vasitəsilə istifadə etmək olar.
İKT-dən istifadə etməklə idarəetmənin təşkili məsələsi bütün fəaliyyət sahələrinin
menecmentinin, o cümlədən peşə təhsilinin aktual məsələlərindən biridir. Təhsilin
idarə olunmasında İKT-dən istifadə idarəedici qərarların operativ verilməsinə,
idarəetmənin keyfiyyətinin artırılmasına və kağızsız iş texnologiyasına gətirib
çıxarır. Bu asrektdə yaradılması vacib olan peşə təhsili sahəsinin vahid informasiya
mühitinin əhəmiyyəti xususi qeyd olunmalıdır.
İKT vasitəsilə texniki peşə təhsili müəssisəsinin İnternet saytının yaradılması peşə
məktəbi və reşə liseyləri qarşısında geniş imkanlar yaradır. Yaradılan saytda reşə
təhsili müəssisəsi və onun maddi-texniki bazası haqqında, orada hazırlanan peşələr
və onların xarakteristikaları haqqında, sagird qəbulu qaydaları və bunun üçün tələb
olunan sənədlərin siyahısı, karyeralarını qura bilmiş məzunlar haqqında və s. bu
kimi məlumatları orada yerləşdirməklə təhsil müəssisəsinin cəmiyyətdə nüfuz və
hörmətini, ixtisaslı kadr hazırlığına sifarişlərin artırılması və məzunların işlə təmini
işini yaxşılaşdırmaq olar. Bu istiqamətdə Qərb ölkələrinin təcrübəsini öyrənmək
məqsədəuyğundur. Belə ki, Türkiyədə Milli Təhsil Nazirliyinin saytında
yaradılmış xüsusi "e-məzun" səhifəsində məzunlar özləri haqqında, müxtəlif
təşkilatlar vakant iş yerləri barədə məlumatları yerləşdirirlər. Beləliklə,
bu sayt
məzunların işlə təmin olunmasında və onların bir-biri ilə əlaqə saxlamasında
mühüm rol oynayaraq, iqtisadi və sosial məsələlərin həllinə yardımçı olur.
Yaradılacaq saytda şagird, məzun və digər istifadəçilər üçün açıq forumlar, virtual
qəbul saatları təşkil etməklə onların rroblemlərini orerativ həll etmək, təklif və
düşüncələrini bilməklə reşə təhsili müəssisəsinin işini əmək bazarının tələblərinə
uyğun daha çevik şəkildə qurmağa imkan verəcəkdir.
Tədris-istehsalat emalatxanasında, təlim təsərrüfatında istehsal olunan məhsulların
satış sərgisini həmin saytda yerləşdirməklə müəssisənin büdcədənkənar vəsaitinin
artırılmasını təmin etmək olar.
Valideynlər övladlarının identifikasiya kodunu yığmaqla muvafiq saytdan onların
dərsə davamiyyəti və müvəffəqiyyəti haqqında informasiyanı operativ əldə edə
bilərlər. Bununla da keyfiyyətli kadr hazırlığında əsas şərtlərdən biri sayılan təhsil
müəssisəsi və valideynin birgə fəaliyyətini təmin etmiş olarıq.
İKT-nin tədris prosesinə inteqrasiyası şagirdlərin ev tapşırıqlarının, buraxılış
işlərinin müdafiəsinin və s. təqdimatlar şəklində hazırlanmasını tədricən
adi hala
cevirəcək, onların gələcək peşə fəaliyyəti zamanı müxtəlif şəraitdə kompüter
texnologiyasından sərbəst istifadə etmək vərdişlərini aşılamış olacaqdır.
Dövlət Proqramının həyata keçirilməsi ölkənin texniki peşə təhsili
sisteminin
müasir İKT avadanlıqları ilə təmin olunmasına yönəlib. Beləliklə, texniki peşə
təhsili sahəsində informasiya və kommunikasiya texnologiyalarından istifadə,
İnternet şəbəkəsinə qoşulma, məsafədən təhsilin təşkili, informasiya şəbəkəsinin
yaradılması təmin olunacaq və peşə təhsili sahəsi üçün müəllim hazırlığına
münasibət dəyişərək, onlarda informasiya mədəniyyətinin formalaşdırılmasına
istiqamətlənəcəkdir. Butun bunlar mütərəqqi texnologiyalarda işləməyi, kompüter
texnikasından sərbəst istifadə etməyi bacaran yüksək ixtisaslı kadrların
hazırlanmasına zəmin yaradacaqdır.