|
See discussions, stats, and author profiles for this publication atBog'liq Elektrotexnikimateriallar-drsvsaiti20201Yanma xüsusiyyətinə görə:
yanan yağlar; yanmayan
yağlar.
Maye dielektriklərə aşağıdakı tələblər irəli sürülür:
Yüksək dielektrik xüsusiyyətlərinə - yüksək xüsusi
müqavimətə, elektrik möhkəmliyinə və aşağı dielektrik itki
bucağına ( tg
) malik olma; istismar prosesi və saxlanma
müddətində yüksək stabillik; optimal özlülüyə malik olmaq;
tətbiq olunmanın qənaətçiliyi; sintetik yağların yanmaması.
Bitki və neft yağları.
Maye dielektriklər təbii və süni
olmaqla iki qrupa ayrılır.
Təbii maye dielektriklərə
bitki və neft yağları aiddir.
Bitki yağları quruyan və qurumayan olmaqla iki yerə bölünür.
Quruyan yağlara kətan, tunqo yağı aiddir və müəyyən
materialın üzərinə çəkildikdən sonra quruyur, möhkəm,
elastiki, nazik təbəqə əmələ gətirir. Kətan yağı açıq rəngli
(№802) lakların və laklı parçaların istehsalında tətbiq olunur.
Kətan yağının təbəqəsi qızdırıldıqda belə nəmliyə davamlı olur.
Tunqo yağı da bərk və elastiki təbəqə əmələ gətirir. Kətan
yağından fərqli olaraq bu yağın qalın təbəqəsi belə səth üzrə
bərabər quruyur.
73
Quruyan yağların çatışmazlığına onların istiliyə və
köhnəlməyə çox həsas olmasıdır. Bu təsirdən onlar kövrəkləşir
və çatlayır.
Qurumayan yağlara gənəgərçək yağı aiddir. Bu yağdan
sabit və dəyişən cərəyanda işləyən kondensator kağızlarının
hopdurulmasında istifadə olunur. Gənəgərçək yağının
çatışmazlığına qatılaşanda termiki stabilliyini itirməsi aiddir.
Neft yağları zəif özlülüklü, praktiki olaraq qeyri-polyar
mayedir.
Maye dielektriklər qeyri-polyar və polyar malekullardan
ibarət olur. Qeyri-polyar və ya neytral molekullu mayelər an-
caq elektron polyarizasiyasına malik olurlar. Polyar və ya dipol
molekullu mayelər eyni zamanda elektron və dipol poly-
arizasiyaları ilə müəyyən olunurlar.
Kimyəvi tərkibinə görə neft yağları müxtəlif tərkibli kar-
bohidrogen qarışıqlarından (parafin, naften, aromatik) ibarətdir.
Neft yağı açıq - sarı rəngli olur. Yağın kimyəvi tərkibi,
xassələri və stabilliyi onun çıxarıldığı yerdən asılıdır. Trans-
formator yağı transformator, yağ açarı və yüksək gərginlikli
çıxışlar kimi yüksək gərginlik qurğularında tətbiq olunur.
Transformatorlarda neft yağı iki funksiyanı yerinə yetirir:
əvvəl, yağ transformatordakı lifli izolyasiyanın məsamələrinə,
dolaqların məftilləri arasına və həm də cərəyan keçirən
hissələrlə transformatorun çəninin arasına dolaraq izolya-
siyanın elektrik möhkəmliyini yüksəldir; sonra dolaqlarda,
nüvədə yaranan ayrılan istiliyin ötürülməsini yaxşılaşdırır. Yağ
açarlarında transformator yağı elektrik qövsünün tez sönməsini
təmin edir.
Neft transformator yağları aşağıdakı kimi təsnif olinur:
|
| |