88
M0 markalı misin
tərkibində 0,05% qarışıq olur. Mex-
aniki möhkəmliyinə görə mis yumşaq MM və bərk MT
markalı buraxılır.
Mis əsasında olan ərintilərdən tunc (bronza) və bürünc
(latun) elektrotexnikada geniş istifadə edilir.
Bronza tərkibində
az miqdarda qalay, fosfor, xrom,
maqniy və s. olan qarışıqdan ibarət misdir. Bronza (tunc) adi
misə nisbətən yüksək mexaniki möhkəmliyə malikdir - ζ
d
=800-1200 MPa. Bronza cərəyan keçirən yayların hazır-
lanmasında, kontakt məftilləri və kollektor lövhələrinin
istehsalında tətbiq edilir.
Misin sinklə ərintisi bürünc (latun) adlanır. Bürünc
yüksək
nisbi uzanmaya malikdir, buna görə də,
ondan
ştamplamaqla bir sıra detallar hazırlanılır.
Alüminium keçiricilər içərisində misdən sonra II yer tu-
tur. O yüngül metallar qrupuna daxil olub misdən 3,5 dəfə
yüngüldür, genişlənmənin temperatur əmsalı, xüsusi istilik tu-
tumu misdən böyükdür.
Alüminium misə nisbətən aşağı mexaniki və
elektrik
xüsusiyyətinə malikdir. Alüminium elektrik veriliş xətlərində
artıq misi əvəz edib, məftil və kabellərdə geniş tətbiq olunur.
Elektrotexnikada alüminium tərkibində qarışıqların mi-
qdarı 0,5% -ə qədər olan A1 markada və 0,03%-ə qədər olan
AB00 markada istifadə edilir. AB00 markalı təmiz alüminium
folqalar elektrod və elektrolitik kondensatorların gövdəsinin
hazırlanmasında tətbiq olunur.
Alüminium oksidləşməyə qarşı çox aktiv olduğundan
onun səthi yüksək elektrik müqaviməti
olan nazik oksid
pərdəsi ilə örtülür.
89
Tərkibində (0,2÷ 0,7)% Mg, Si və Fe olan alüminium
qarışığı aldrey adlanır. Onun mexaniki xüsusiyyəti təmiz
alüminiuma nisbətən yüksəkdir.
Polad (dəmir) özünün bir sıra üstün xüsusiyyətlərinə
(yüksək
mexaniki
möhkəmlik)
baxmayaraq,
xüsusi
müqaviməti həddən çox (
0,1
mkOm
m
) və korroziyaya
qarşı davamsız oluğundan geniş tədbiq oluna bilmir.
Keçirici material kimi tərkibində
0,1
0,15
% kömür
olan, yumşaq poladdan istifadə edilir. Belə polad az gücləri
ötürmək üçün elektrik veriliş xətlərində tətbiq olunur.
Bundan başqa polad əsas keçirici kimi elektrikləşmiş
nəqliyyatlarda (dəmir yol, metro və tramvaylarda)
rels olaraq
istifadə edilir.
Polad alüminium elektrik veriliş xətlərində mexaniki
möhkəmliyi artırmaq üçün istifadə olunur.