|
Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat
|
bet | 21/31 | Sana | 12.01.2024 | Hajmi | 2,28 Mb. | | #135892 | Turi | Mühazirə |
Bog'liq Cihazqayırmada kompyuter texnologiyası mühazirələrParam / Dgnos (parametrlər / diaqnostika) – Dəzgahın işini müəyyənləşdirən parametrləri təsvir edir. Əlavələr ilə menyuda parametrlər dərəcələr (kateqoriyalar) üzrə birləşdirilmışdir. Məlum parametrin axtarışı üçün onun nömrəsini daxil edin və ox işarəli yuxarı və aşağı klavişlərini basın. Parametrlər dəzgahı hazırlayan zavodda təyin olunur və yalnız səlahiyyətli HAAS heyəti tərəfindən korrektə edilməlidir.
Param / Dgnos (parametrlər / diaqnostika) klavişinin təkrar basılması diaqnostik verilənlərin birincı səhifəsini əks etdirir. Bu informasiya əsas etibari ilə HAAS şirkətinin servis xidmətinin mütəxəssisləri tərəfindən nasazlıqların axtarışı
üçün istifadə olunur. Diaqnostik verilənlərin birincı səhifəsi diskret giriş və çıxışların vəziyyətini təsvir edir. Page Down (növbəti səhifə) klavişini basan zaman diaqnostik verilənlərin əlavə səhifələri əks olunur.
Seting / Graph (sazlama parametrləri / qrafika) – istifadəçi sazlamalarını təsvir edir və bunları dəyişməyə imkan verir. Parameters (parametrlər), Settings (sazlamalar) kimi əlavələr ilə menyuda dərəcələr (kateqoriyalar) üzrə birləşdirilmışdir. Konkret sazlamanın axtarışı üçün onun nömrəsini daxil edin və ox işarəli yuxarı və aşağı klavişlərini basın.
Seting / Graph (sazlama parametrləri / qrafika) klavişinin təkrar basılması qrafiki rejimə keçir. Qrafiki rejimdə proqram tərəfindən hesablanılan alətin hərəkət trayektoriyasına baxmaq olar. Zəruri hallarda proqramın yerinə yetirilməsinə qədər sazlamanı həyata keçirmək olar.
Help / Calc - (arayış / kalkulyator) - menyuda əlavələr ilə arayışlar bölməsini əks etdirir. Mövcud arayış G və M-kodlarının qısa təsvirindən, idarəetmə funksiyalarının təyinindən, nasazlıqların aradan qaldırılması suallarından və texniki xidmətdən ibarətdir. Arayışlar menyusuna eləcə də bir neçə kalkulyatorlar daxildir.
Bəzi rejimlərdə Help / Calc - (arayış / kalkulyator) klavişinin basılması ortaya cıxan söyləmələr (fikrinə salmalar) pəncərəsini açır. Bu pəncərəni carı rejimə müvafiq arayışlar mövzusuna daxil olmanı həyata keçirmək üçün, eləcə də menyuda göstərilmiş müəyyan funksiyaları yerinə yetirmək üçün istifadə edin. Yuxarıda təsvir olunan əlavələr ilə menyuya daxil olmanı həyata keçirmək üçün ortaya çıxan söyləmələr (fikrinə salmalar) pəncərəsindən Help / Calc - (arayış / kalkulyator) klavişini ikinci dəfə basın.
|
| |