|
Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat
|
bet | 19/31 | Sana | 12.01.2024 | Hajmi | 2,28 Mb. | | #135892 | Turi | Mühazirə |
Bog'liq Cihazqayırmada kompyuter texnologiyası mühazirələrFWD – şpindeli “irəli” istiqamətdə (saat əqrəbinin hərəkət istiqaməti üzrə) işə salır. Eksporta gedən dəzgahlarda bu düymə kəsiləndır (söndürülmüşdür).
REV - şpindeli “əks” istiqamətdə (saat əqrəbinin hərəkət istiqamətinin əksi üzrə) işə salır. Eksporta gedən dəzgahlarda bu düymə kəsiləndır (söndürülmüşdür).
Əgər dəzgah kadrda (Single Block) saxlanılmışsa və ya Feed Hold (verişin dayandırılması) düyməsi basılmışsa, onda şpindeli “Fwd” və “Rev” klavişləri ilə işə salmaq və dayandırmaq olar. “Sycle Start” (tsiklin işə salınması) klavişi vasitəsi ilə proqramın yenidən işə salınması zamanı şpindelin fırlanma sürəti əvvəlcədən müəyyənləşdirilmiş fırlanma sürətinə müvafiq olur.
STOP – şpindelin fırlanmasını dayandırır.
5% / 25% / 50% / 100% Rapid (sürətləndirilmış yerdəyişmələr) – Klavişdəki qiymətlərə müvafiq olaraq sürətləndirilmiş yerdəyişmələrin sürətini məhdudlaşdırır. 100% Rapid düyməsi sürətləndirilmiş yerdəyişmələrin maksimal
sürətinə icazə verir.
Əl ilə korreksiyanın istifadə edilməsi. İş zamanı veriş sürəti proqramlaşdırılmış qiymətdən 0 % - dən 99,9 % hüdudlarında dəyişə bilər. Belə dəyişmə +10%, -10% və 100% veriş sürəti düymələri ilə yerinə yetirlir. Veriş sürətinin əl ilə korreksiyası yivin açılması tsiklləri zamanı işləmir. Veriş sürətinin korreksiaysı köməkçi oxların yerdəyişmələri sürətlərinə heç də təsir etmir. Əl ilə itələmə verişi rejimində veriş sürətinin korreksiyası köməkçi klaviaturadan verilən kəmiyyəti dəyişdirəcəkdir. Bu itələmə veriş sürətini dəqiq sazlamağa imkan verəcəkdir.
Şpindelin fırlanma sürəti də əl ilə korreksiyanın köməyi ilə 0 % - dən 99,9 % hüdudlarında dəyişə bilər. Onlar da yivin açılması tsiklləri zamanı işləmir. “Single Block” (kadr üzrə reyim) rejimində şpindeli dayandırmaq olar. Sycle Start”
(tsiklin işə salınması) klavişini basmaqla proqramın yerinə yetirilməsi davam etdirilən zaman şpindel avtomatik olaraq işə düşəcəkdir.
Handle Control Feedrate (veriş sürətinin əi ilə tənzimlənməsi) klavişini basmaqla gətirilmə (yaxınlaşdırma) dəstəsi (qulpu) veriş sürətinin ±1% addımlı tənzimlənməsi üçün istifadə edilə bilər.
Sürətləndirilmiş yerdəyişmələr sürətini (G00) köməkçi klaviaturanın köməyi ilə makismal qiymətdən 5%, 25% və ya 50% qiymət ilə məhdudlaşdırmaq olar. Əgər 100% sürətləndirilmiş yerdəyişmə sürəti həddindən artıq böyükdürsə, 10 sazlamasının köməyi ilə maksimal qiymətdən 50 % təyin etmək olar.
“Feed Hold” düyməsi (verişin dayandırılması) əl ilə korreksiya düyməsi kimi fəaliyyət göstərir. Cünki, bu düyməni basarkən veriş sürəti və sürətləndirilmış yerdəyişmənin qiymətləri sıfra bərabər olur. Verişın dayandırılmasından sonra
davam etdirilmə üçün “Sycle Start” (tsiklin işə salınması) düyməsini basmaq lazımdır. Hasarın qapıcıqlarının elektrik açarının işləməsi analoji nəticələrə gətirib çıxardır, yalnız qapıcıqların açılması zamanı displeydə “Door Hold” ( qapının
açılması üzrə dayanma) informasiyası görünür. Qapıcıqların bağlanması zamanı idarəetmə sistemi “Feed Hold” (verişin dayandırılması) vəziyyətində olur və işin davam etdirilməsi üçün “Sycle Start” (tsiklin işə salınması) düyməsini basmaq
lazımdır. “Door Hold” ( qapının açılması üzrə dayanma) və “Feed Hold” (verişin dayandırılması) vəziyyətləri köməkçi oxların yerdəyişmələrini dayandırmır.
Operator SYM veriş sisteminin sazlanmasını “Coolnt” (SYM) düyməsini basmaqla korrektə edə bilər. SYM nasosubu zaman növbəti M – koda və ya operatorun fəaliyyətinə qədər qoşulmüş və ya ayrılmış vəziyyətdə qalacaqdır. Qiymətlərə əl ilə korreksiyanı M06, M30 və ya “Reset” düyməsini basmagla atmaq olar.
|
| |