• Prgrm/Convrs
  • Curnt Comds
  • Alarm / Mesgs
  • Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat




    Download 2,28 Mb.
    bet20/31
    Sana12.01.2024
    Hajmi2,28 Mb.
    #135892
    TuriMühazirə
    1   ...   16   17   18   19   20   21   22   23   ...   31
    Bog'liq
    Cihazqayırmada kompyuter texnologiyası mühazirələr

    Displey klavişləri
    Displey klavişləri dəzgahın displeyinə, istismar verilənlərinə və arayış (məlumat) səhifələrinə daxil olmanı təmin edir. Bu klavişlər tez-tez funksional rejimdə aktiv pəncərənin dəyişdirilməsi üçün istifadə olunurlar. Bu klavişlərdən bəzilərini təkrar (surəkli, coxqat) basarkən əlavə ekranları təsvir edir.
    Prgrm/Convrs - Rejimlərin əksəriyyətində aktiv proqramı seçir.
    Posit (vəziyyət) – Ekranların əksəriyyətində mərkəz üzrə aşağıda yerləşmiş pəncərə vəziyyətini seçir. Oxların carı vəziyyətlərini təqdim edir. Müvafiq vəziyyətlər arasında dəyişilmə POSİT klavişini basmaqla həyata keçirilir. Pəncərədə təqdim olunmuş oxların seçilməsi üçün ekrana çıxardılası arzu olunan oxa müvafiq hərfli klavişi basmaq və WRITE/ENTER (qeyd etmə/daxil etmə) klavişini basmaq lazımdır. Hər biroxun vəziyyəti verilmiş qaydada təqdim olunacaqdır.
    Offset – iki cədvəl arasında dəyişiklik üçün korreksiyanı basmaq lazımdır. Sonra isə alətin uzunluğunun həndəsəsini, radiusa korreksiyanın qiymətini, yeyilməyə korreksiyanın qiymətini və SYM verişinin ucluğunun vəziyyətini ekrana çıxartmaq və tedaktə etmək üçün Tool Offsets (alətə korreksiya) seçilir. İstifadə olunan proqramda G-kodları ilə təyin olunan işçi korreksiyanın yerləşməsini ekrana çıxartmaq və redaktə etmək üçün Work Offsets cədvəlini seçmək lazımdır.
    Curnt Comds (cari komandalar) – Maintenance (texniki xidmət), Tool Life (alətin resursu), Tool Load (alətin həddindən artıq yüklənməsi), Advanced Tool management (ATM) (alətin genişləndirilmiş idarəolunması - AGİ), Barfeeder (çubuğun verilmə qurğusu), System Variables (sistem dəyişənləri), azClock settings (saatın təyin edilməsi) və timer / counter settings (taymer / sayğacın təyin edilməsi) –nin seçilməsi üçün menyuya baxmaq uçün PAGE UP/PAGE DOWN (əvvəliki/növbəti səhifə) klavişini basmaq lazımdır.
    Alarm / Mesgs (səhvlər haqqında siqnallar/məlumatlar) –panelin ekranında səhvlər və məlumatlar haqqında baxışı təsvir edir. Səhvlər haqqında siqnalların üç ekranı mövcuddur. Birincı ekran carı səhvlər haqqında sıqnalların siyahısını göstərir (“Alarm/Mesgs” (səhvlər haqqında siqnallar/məlumatlar) düyməsnini birincı basılması). Alarm History (səhvlər haqqında siqnalların xronologiyası) –ya baxış üçün kursorun sağ klavişini basın. Səhvlər haqqında məlumatlar xronologiyasının yazılışına (qeyd edilməsinə) baxmaq üçün kursorun yuxarı və aşağı klavişlərindən istifadə edin, F2 klavişini diskə yazmaq üçün basın. Kursorun sağ klavişini təkrar basan zaman Alarm Viewer (səhvlər haqqında siqnallara baxış) ekranına keçid baş verir. Sonra səhvlər haqqında siqnallar arasında hərəkət edə bilərsiniz. Bunun üçün ox işarəli “yuxarı” və “aşağı” düymələrindən istifadə edə bilərsiniz. Eyni zamanda səhvlər haqqında siqnalın nömrəsini daxil etməklə Enter
    (daxil etmə) və ya Up/Down (yuxarı/aşağı) düyməsini basıb displeydə səhv haqqında siqnalın adını və təsvirini ala bilərsiniz.
    “Alarm/Mesgs” (səhvlər haqqında siqnallar/məlumatlar) klavişini təkrar basarkən istifadəçi məlumatları və qeydləri səhifəsi təsvir olunur. Digər operatorlar/proqramçılar üçün məlumatların daxil edilməsindən ötrü və ya cari layıhə haqqında qeydləri yazmaq üçün köməkçi klaviaturadan istifadə etmək lazımdır. Əgər məlumat varsa, bu məlumat silinməyənə qədər dəzgahın hər dəfə işə salınması zamanı displeydə görünəcəkdir.

    Download 2,28 Mb.
    1   ...   16   17   18   19   20   21   22   23   ...   31




    Download 2,28 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirə Cihazqayırmada kompyuter texnologiyası fənni haqqında ümumi məlumat

    Download 2,28 Mb.