Uşaqların cins nisbəti: hökumət proqramı hazırlanıb
15.12.2015
Transparency.az-a verilən rəsmi məlumata görə, dekabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycanda doğulan uşaqların cins nisbəti: 2014-2050-ci illər üzrə demoqrafik proqnozların təqdimatı” adlı tədbir keçirib. Tədbirdə bildirilib ki, son 12 ildə ölkə əhalisinin sayı 16 faiz artaraq 2015-ci il sentyabrın 1-nə 9 milyon 666 min nəfər olub. Təbii artım əmsalı 1,3 təşkil edib. Hər 1000 nəfərə düşən doğum səviyyəsi 14 nəfərdən 18 nəfərədək artıb, hər 1000 nəfərə düşən ölüm səviyyəsi isə 6 nəfərdən 5,9 nəfərədək azalıb. Əhalinin 49,8 faizi kişilər, 50,2 faizi qadınlardan ibarətdir.
Tədbirdə çıxış edən nazir müavini İdris İsayev qeyd edib ki, ölkədə diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur: “Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür. Doğulan uşaqların cins nisbəti (hər 100 qıza düşən oğlanların sayı) bioloji normaya uyğun olaraq 105-106 olub. 2014-cü ildə ölkədə doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. 2013-cü ilin məlumatlarına əsasən, bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir. Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan düşür və 4-cü və daha sonrakı doğulan uşaqlar arasında bu göstərici 166-dır.
1989-cu ildə hər 1000 kişiyə 1051 qadın, 1999-cu ildə 1048 qadın, 2009-cu ildə isə 1021 qadın düşüb. Bu gün hər 1000 kişiyə düşən qadınların sayı 1013-dür. Hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər, bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə ölkə üçün fəaliyyət planının hazırlanması, bu istiqamətdə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir”.
Məlumat verilib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin, Dövlət Statistika Komitəsinin, Səhiyyə Nazirliyinin təmsilçiləri, alimlər iştirak edib.
Rusiyada minimum əməkhaqqı artdı
15.12.2015
Dekabrın 15-də Rusiya prezidenti Vladimir Putin minimum əməkhaqqı məbləğinin artırılması haqda qanun imzalayıb.
Novator.az xəbər verir ki, 2016-ci ilin yanvarından Rusiyada minimum əməkhaqqının məbləği 4% artaraq 6 min 204 rubl (89 ABŞ dolları) olacaq. Hazırda Rusiyada aylıq minimum əməkhaqqı 5 min 965 rubldur (85 dollar).
Minimum əməkhaqqı məbləğinin artımı 700 min işçiyə şamil ediləcək. Onlardan 43 faizi dövlət və bələdiyyə müəssislərində, 57 faizi real iqtisadi sektorda çalışır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tövsiyə yaydı
15.12.2015
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada xarici ölkələrdə ali təhsil almaq istəyən çağırışçılara bildirilir ki, bu il mayın 29-da “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilərək “xarici ölkələrdə” sözləri “xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində” sözləri ilə əvəz edilib: “Qanunda dəyişikliyə uyğun olaraq bundan sonra xarici ölkələrdə təhsil alan çağırışçılara möhlət hüququ yalnız siyahısı Nazirlər Kabinetinin təsdiq etdiyi xarici ölkələrin təhsil müəssisələrinə qəbul olunan vətəndaşlara veriləcək”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xarici ölkələrdə ali təhsil almaq istəyən çağırışçılara ali təhsil müəssisəsi seçərkən 2016-cı ildə Nazirlər Kabinetinin təsdiqləməsi gözlənən xarici ölkələrin təhsil müəssisələrinin siyahısını nəzərə almağı tövsiyə edir.
Azərbaycan məhbus jurnalistlərin sayına görə dünyada yeddinci ölkədir
15.12.2015
Mərkəzi qərargahı ABŞ-da olan Jurnalistləri Müdafiə Komitəsi dekabrın 15-i həbsdəki jurnalistlərlə bağlı hesabat yayıb (Hesabat).
Hesabata görə, hazırda dünyada 199 jurnalist həbsdədir.
Həbsdəki jurnalistlərin sayı baxımından Çin öndə gedir: 49 nəfər. Misir ikinci (23 nəfər), İran üçüncü (19 nəfər), Eritreya dördüncü (17 nəfər), Türkiyə beşinci (14 nəfər), Efiopiya altıncı (10 nəfər) yeri tutur.
Azərbaycan 8 jurnalist məhbusla siyahıda yeddinci pillədədir.
Səudiyyə Ərəbistanı və Suriyada 7, Vyetnamda 6, Bəhreyn, Banqladeş və Myanmada 5, Özbəkistan və Hindistanda 4 jurnalist həbsdədir. Vyetnam Sotsialistik Respublikasi (Cond Hoa Xa Hoi Chu Nghia Viet Nam), BCP - Janubi-Sharqiy Osiyoda, Hindixitoy yarim orolidagi davlat. Mayd. 330 ming 991 km2. Aholisi 90 549 390 kishi (2011). Maʼmuriy jihatdan 63 viloyat (tin) va markazga boʻysunuvchi 4 shahar - Xanoy, Xoshimin (sobiq Saygon) Xayfon va Xyuega boʻlinadi.
Keçmiş SSRİ məkanından Qırğızıstan, Rusiya və Türkmənistanda 1 jurnalist həbsdədir.
Novator.az bildirir ki, 15 il bundan öncə dünyada 81 jurnalist həbsdə idi. 2005-ci ildə 125, 2015-cu ildə 145 jurnalist həbsdə olub. 2014-cü ildə həbsdə olan jurnalistlərin sayı 221 idi.
Siyahının Azərbaycanla bağlı bölümündə 8 məhbus jurnalistin adları belə sıralanıb: Nicat Əliyev, Hilal Məmmədov, Araz Quliyev, Tofiq Yaqublu, Pərviz Həşimli, Rauf Mirqədirov, Seymur Həzi, Xədicə İsmayıl.
|