kompaniyasının aksiyalarının 15 % Nissana məxsusdur. Reno və Nissan Alyansı
avtomobil
istehsalına görə dünyada birinci yerlərdən birini tutur. Kompaniya 2007 - ci ildə
2635573 ədəd
avtomobil satmışdır.
Peugeot (Pejo kimi tələffüs edilir) avtomobil istehsal edən əsas fransız fırmalarından
biridir.
Böyüklüyünə görə Avropada yalnız Volkswagen - dən geri qalır.
Avtomobil istehsal
edən
Pejonun əsası 1882 - ci ildə qoyulmuş, ilk buxar mühərrikli avtomobil 1889 - cu ildə hazır
edilmişdi. 1890 - cı ildə buxar mühərriki Daimlerin lisenziyası ilə Panhard tərəfindən
hazırlanmış benzin mühərriki ilə əvəz edildi. Pejo rezin şinləri benzin avtomobillərində tətbiq
edən ilk istehsalçı oldu.
Firma üç dəfə (1969 - cu ildə Peugeot 504, 1988 - ci ildə Peugeot 405,
2002 - ci ildə Peugeot 307 modelləri üçün)
ilin Avropa avtomobili mükafatını almışdır:.
Böyük Britaniya. Böyük Britaniya minik avtomobillərinin İstehsalına görə Fransa və
Almaniyadan geri qalırdı.
İngilislərin yaratdığı ilk «Daimler» 1897 - ci ildə meydana çıxmışdı.
Bu avtomobil «Panhard et Levassor» modelinin eyni idi və ilk vaxtlar Almaniyadan idxal olunan
«Daimler» mühərriki ilə təchiz olunurdu.
Avtomobil mühəndislərindən ən orjinalı olan Frederik Uilyam Lançester (Frederick
William Lanchester) (1868-1946) avtomobilin konstruksiya edilməsi məsələlərinə öz yanaşması
ilə fərqlənirdi. İlk «Lançester» 1895 - 1896 - cı illərdə hazırlandı və o dövrün heç bir
avtomobilinə oxşamadı. Bəzi yazarlarm fıkrincə bu, dünyada elmi əsaslarla bütöv şəkildə
hazırlanmış ilk minik avtomobili idi. Lakin onun sənaye istehsalına 1900 - cü
ilin sonunda
başlanıldı. Bir qədər sonra kompaniya altı silindrli məşhur «Napier» modelinin istehsalına
başladı. Lakin özünün gözəl nailiyyətlərinə baxmayaraq «Napier» kənara çəkilib bütün dövrlərin
ən məşhur avtomobili «Silver Ghost» adlanan «Rolls - Royce» 40/50 - yə yol verməli oldu. 1906
- ci ildə yaradılmış altısilindrli «40/50» modeli onun konstruktoru Henri Roys (Henry Royce)
(1863-1933) üçün çox böyük müvəffəqiyyət oldu. Bu avtomobil 110 km/saat - dan yüksək
sürətlə hərəkət etdikdə belə sakit, rahat idarə olunan idi. Bu xassələrinə görə «Silver Ghost»
1925 - ci ilə kimi istehsal edildi.
İngiltərədə digər bir avtomobil istehsalçısı «Maudslay» zavodu idi. Bu fırma (gələcək
idman modelləri «Jaguar»ın istehsalçısı) 1913 - cü ildə Britaniya adalarında ən məşhur
avtomobil istehsalçısı oldu .