|
Elektrik şəbəkəsi və işıqlandırma qurğularında təhlükəsizlik tədbirləri Nəcəfli GülnastrreplN
|
bet | 1/2 | Sana | 29.09.2024 | Hajmi | 97,89 Kb. | | #272908 |
Bog'liq Elektrik şəbəkəsi və işıqlandırma qurğularında təhlükəsizlik tədbirləri
Elektrik şəbəkəsi və işıqlandırma qurğularında təhlükəsizlik tədbirləri
Nəcəfli Gülnar
P L A N
Giriş
1.Elektrik işıqlanması
2.İstilik şüalanmasından mühafizə
Nəticə
Giriş
Müasir elektrik qəbulediciləri, əmək mühafizəsi prinsipləri əsasında yaradılmış yeni texnika ilə təchiz olunur. Elektrik maşınlarının, aparatlarının, kabel və hava xətlərinin, eləcə da paylaşdırıcı quruluşların konstruksiyaları, onlara xidmət edən şəxslərin sağlam və təhlükəsiz əmək şəraitini təmin etməlidir. Elektrik qurğularının istismarı zamanı, ağır qəzalar və adamlarda bədbəxt hadisələrə gətirib çıxaran müxtəlif zədələr (izolyasiyanın deşilməsi, blokirovkaların pozulması və s.) indi da mövcuddur.
Elektrik qurğularının istismarı zamanı, işçilər tərəfindən istehsalat təlimatlarının və təhlükəsizlik texnikasının qaydalarının pozulması, bədbəxt hadisələrə və peşə xəstəliklərinə səbəb ola bilər.
Elektrotexniki qurğularda xidmət edən şəxslər üçün, xüsusi olaraq, qəbuledici elektrik qurğularının texniki istismar qaydaları və təhlükəsizlik texnikasının qaydaları qəbul olunmuşdur (elektrik enerjisinin istehsalı, paylaşdırılması və təchizatı idarəsi tərəfindən). Elektrik qəbuledici qurğularında təhlükəsizlik və əmək mühafizəsini təmin etmək üçün elektrik avadanlıqlarının konstruksiyaları etibarlı və təhlükəsiz olmalıdır.
Elektrik işıqlanması
Müxtəlif bina və otaqlarda, açıq sahələrdə süni işıqlanmanı, elektrik işıqlanma mənbələrinin (közərmə lampaları, lyuminisent və qövs lampaları) hesabına yaradılır. İstehsalat otaqlarını və elektrik qurğularının müxtəlif obyektlərini işıqlandırmaq üçün əsasən lyuminessent lampalarından (aşağı və yüksək təzyiqli) istifadə olunur.
Düzgün və gigiyenik işıqlanması yaratmaq üçün, mənbə tərəfindən işığın rasional paylanması təmin olunmalıdır.
Rasional və gigiyenik işıqlandırmanı yaratmaq üçün işıqlandırıcı armaturlardan istifadə olunur.
İşığın paylanması qabiliyyətinə görə çıraqlar, düz və səpələnmiş işıqlanma, əks olunmuş işıqlanma üstünlük təşkil etməklə və əks olunmuş işıqlanma yaradan olmaqla fərqlənirlər. Elektrik işıqlandırılması, ümumi işıqlandırma və ya kombinə edilmiş işıqlandırma sistemində yerinə yetirilə bilər.
Elektrik işıqlandırılması, istehsalatda normal işi təmin edən işçi və işçi işıqlandırma söndürüldükdə fəaliyyət göstərilən qəza işıqlanmaya bölünür. Qəza işıqlandırması, normal istehsal işlərinin və ya ancaq təhlükəsiz olaraq işçilərin köçürülməsini (evakuasiya) təmin olunmasına hesablanır.
İstehsal otaqlarda işçi səthlərin işıqlılığı normadan aşağı (obyektlərin ölçülərindən və istehsalatın xarakteristikalarından asılı olan) olmamalıdır. Bu normalardan asılı olaraq, lampaların gücünü, onların sayını və tavandan olan məsafəni seçirlər.
Lüminessent lampalardan istifadə etdikdə eyni miqdarda elektrik enerjisi sərfində közərmə lampalara nisbətən 1, 5-2 dəfə artıq işıqlanma alınır.
Elektrik işıqlandırmanın quruluş və istismarına aşağıdakı əsas tələblər qoyulur:
1. Çıraqlar elə qaydada yerləşdirilməlidir ki, onlara təhlükəsiz xidmət, əsas elektrik avadanlığından gərginlik açılmadan mümkün olsun (qapalı paylaşdırıcı quruluşların yerləşdiyi kameradan başqa).
2. Közərmə lampasının sıxaclarında gərginliyin rəqs etməsi (artıb, azalması) tez-tez və kifayət dərəcədə olmamalıdır (bununla əlaqədar lampanın işıq seli də dəyişir).
3. İşıqlandırıcı qurğular, güc şəbəkələrindən və güc qurğularının (transformatorlar) qidalandığı mənbədən qidalana bilər. Bu halda közərmə lampalarının sıxaclarında gərginliyin dəyişməsi normadan (-2,55) qədər olmalıdır.
4. Ümumi işıqlandırma üçün istifadə olunan çıraqları qidalandırmaq üçün gərginliyin qiyməti 220V-dan çox olmamalıdır. Bu halda daha təhlükəli otaqlarda və elektrik cərəyanından xəsarət alma təhlükəsi daha yüksək olan yerlərdə lampanın asma hündürlüyü döşəmədən 2,5m-dən az olmamalıdır. Lüminessent lampalarını (220V-da işləyən) 2,5m-dən az məsafələrdə quraşdırmağa icazə verilir. Bu şərtlə ki, onun kontakt hissələrinə təsadüfən toxunmaq mümkün olmasın.
5. Yüksək təhlükəsi olmayan otaqlara yerli stasionar işıqlandırma yaratmaq üçün közərmə lampalı çıraqları qidalandırmaq üçün 220V gərginlikdən istifadə edilməyə icazə verilir. Yüksək təhlükəli və xüsusi təhlükəli otaqların işıqlandırılmasında uyğun olaraq 36V və 12V gərginlikdən istifadə olunur.
Nəm, xüsusi nəm, isti və kimyəvi aktiv mühitə malik otaqlarda yerli işıqlandırma üçün xüsusi armaturlarda olan lyuminesent lampalardan istifadə etməyə icazə verilir.
Çıraqları şəbəkədən qidandırmaq üçün alçaldığı transformatorlardan (avtotransformatordan istifadə olunmağa icazə verilmir) istifadə olunur.
6. İşıqlandırma qurğularına təhlükəsiz xidmət şərtlərinə görə, alçaq gərginlikli lampaları qidalandırmaq üçün istifadə olunan ştepselli ayrıcılar, 220V qidalanan ştepselli ayrıcılardan fərqli olmalıdır (səhv qoşmanın qarşısını almaq üçün).
7. Bilavasitə neytrala malik üçfazalı transformatorla qidalanan qurğularda istifadə edilən lampaların yivli hissəsi sıfır naqilinə birləşdirilməlidir (fazaya birləşdirmək olmaz), bu halda gərginlik altında olan lampanı dəyişdikdə təhlükə azalmış olur. Adətən lampaları dəyişdikdə gərginlik açılmalıdır.
|
| |