|
Elektrik şəbəkəsi və işıqlandırma qurğularında təhlükəsizlik tədbirləri Nəcəfli GülnastrreplN
|
bet | 2/2 | Sana | 29.09.2024 | Hajmi | 97,89 Kb. | | #272908 |
Bog'liq Elektrik şəbəkəsi və işıqlandırma qurğularında təhlükəsizlik tədbirlərilyuminesent lampası
İstilik şüalanmasından mühafizə
İstilik şüalanmasında şüa şəklində olan enerji dalğa uzunluğu 10mm qədər olan infraqırmızı şüalar formasında yayılır. Bütün qızdırılan cisimlər istilik şüalanması mənbəyi ola bilər. İstehsalat şəraitində istilik şüalanması mənbəyibuxar qazanlarının xarici divarları, istilik boruları, istehsalat maşınlarının gövdələri və qızdırıcı cihazlar ola bilər. Əridilmiş və qızdırılmış metallar da həmçinin infraqırmızı şüalanmanın mənbəyi ola bilər.
Otaqda havaya ayrılan istilik miqdarı, tikinti həcminin 1m3 həcmindəki istiliklə qiymətləndirilir. Şüa şəklindəki istilik enerjisi hava tərəfindən udulmur, daha çox qızmış səthdən istilik az qızmış səthlərə hava ilə ötürülür. Havanın özü qızdırılmış cisimlərdən konveksiya yolu ilə qızır.
İstehsal otaqlarında havanın temperaturu və nəmliyi yüksək olmamalıdır, eyni zamanda havanın hərəkəti hiss olunmalıdır. Sənaye müəssisələrinin layihələndirilməsində otaqların xarakteristikasından (temperaturaya görə) və görüləcək işlərin kateqoriyasından asılı olaraq sanitar normalara görə havanın temperaturu təyin olunur (ilin fəsillərindən asılı olaraq).
Əgər işçilərin yaxınlığında istilik şüalandıran (səpələyən) qızdırılmış cisimlər vardırsa, onların dərisinin və ümumiyyətlə bədənlərinin qızması təhlükəsi yaranır.
Adamın bədənində yaranan istilik onun fiziki yükündən, istiliyin verilməsi isə ətraf mühitin meteoroloji şəraitindən asılıdır. Orqanizmin temperaturu hiss olunacaq dərəcədə artdıqda, ürək-damar sisteminin normal işini pozan xəstəlik yaranır. Bu cür qəflətən xəstələnmə (istilik zərbəsi) ağırlaşdıqda ölümlə nəticələnə bilər.
Otaqda olan istilik mənbələrindən və qızdırılmanın təhlükəsindən asılı olaraq, normal mikroiqlimi saxlamaq üçün ventilyasiyadan və ya hava kondensionerlərindən istifadə olunur.
Nəticə
Müxtəlif məqsədlərlə quraşdırılan elektrik qurğularının təhlükəsizliyi bir sıra mühafizə tədbirlərini həyata keçirtməklə təmin olunur. Bu cür tədbirlərə misal olaraq: alçaq gərginliklərin tətbiqi və şəbəkələrin mühafizə vasitələri ilə ayrılması, ikiqat izolyasiyanın tətbiq edilməsini, cari nəzarət və profilaktik sınaqlarını, mühafizə torpaqlanmasını və ya elektrik qurğularının gərginlik altına düşmə ehtimalı olan konstruksiya elementlərinin və elektrik avadanlıqlarının gövdələrinin torpaqlanmasını, təsadüfən gərginlik altına düşmüş elektrik avadanlığının hissələrinin və şəbəkənin zədələnmiş sahələrini avtomatik mühafizə olunmasını, müxtəlif mühafizə vasitələrindən və qoruyucu tərtibatlarından istifadə olunmasını, xəbərdarlıq siqnalizasiyasının, yazıların, plakatların və həmçinin səhv əməliyyatların qarşısını almaq üçün mühafizə hasarlarının və aparatların blokirovkasından istifadə olunmasını göstərmək olar.
Konkret istehsal şəraitindən asılı olaraq, bir yerdən başqa yerə daşınan (səyyar) az güclü cihazlardan (yerli işıqlandırma lampaları, elektrik deşikaçıcıları və s.) texnikada geniş istifadə olunur. Bu cür cihazlardan istifadə olunduqda iş icraçısının elektrik cərəyanın təsirindən zədə alma ehtimalı mövcud olur.
Ədəbiyyat
“Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi” Ə.Q.ABBASOV_Sumqayıt 2014 səh.13-15
|
| |