3. Əsas anlayışlar və təriflər M1 s28 29 30
4. Kibernetika, kibernetikanın əsas vəzifəsi
Kibernetika yunan dilindən tərcümədə «idarəetmə incəsənəti» mənasını verir.
Kibernetikanın əsas vəzifəsi idarəetmə üsulunun axtarılmasıdır. Maşınqayırma
texnologiyasında faktiki olaraq texnoloji proseslərin və əməliyyatların
layihələndirilməsinin bütün məsələləri idarəetmə məsələlərinə aiddirlər. Qarşıya
qoyulan məqsədə çatmaq üçün prosesin təşkili məsələsinə idarəetmə deyilir.
İdarəedilən fiziki sistem idarəetmə obyekti adlanır.
5. Tədqiqat obyektinin ilkin öyrənilməsi. Faktorların aprior
rütbələnməsi
Texnoloji proseslərin optimallaşdırılması zamanı aşağıdakı mərhələlər tələb
olunan ardıcıllıqla yerinə yetirilməlidir:
• tədqiqat obyektinin ilkin öyrənilməsi;
• məqsəd funksiyası və ya optimallaşdırma kriteriyasının müəyyən edilməsi;
• faktorların aprior rütbələnməsi;
• əsas parametrlərin (giriş, funksional və çıxış) ayırd edilməsi;
• məhdudiyyət sisteminin qurulması;
• optimallaşdırma modelinin tərtibi;
• optimallaşdırma məsələsinin həlli metodunun seçilməsi;
• optimallaşdırma metodunun tətbiqi, başqa sözlə desək: optimallaşdırma
məsələsinin həlli.
Texnoloji proseslərin optimallaşdırılması zamanı tədqiqat obyektinin ilkin
öyrənilməsi, prosesin baş verməsini xarakterizə edən parametrlərin müəyyən
edilməsi, bu parametrlərin optimallaşdırma nəticəsinin keyfiyyətinə təsir
dərəcələrinə görə aprior rütbələnməsi vacib məsələlərdəndirlər.
6. Optimallaşdırma kriteriyaları
Texnoloji prosesin idarəedilmə
keyfiyyətini
xarakterizə
edən
kriteriya
optimallaşdırma kriteriyası (və ya məqsəd funksiyası) adlanır.
Optimallaşdırma kriteriyaları aşağıdakı qruplara ayrılır:
• iqtisadi: minimum maya dəyəri, minimum xərclər, maksimum gəlir, minimum
enerji xərcləri, minimum əmək tutumu və s.
• texniki-iqtisadi: maksimum məhsuldarlıq, minimum ədəd vaxtı, əsas və köməkçi
vaxt, maksimum etibarlıq, stabillik, avadanlığın faydalı iş əmsalının maksimum
qiyməti və s.
• texnoloji: dəqiqlik, keyfiyyət göstəriciləri, səthin keyfiyyəti (kələ-kötürlük,
mikrobərklik, qalıq gərginlikləri və s.), məmulun fiziki-kimyəvi xassələri, alətin
davamlığı və s.
• istismar: yeyilməyə davamlıq, yorulma möhkəmliyi, kontakt sərtliyi, dayaq sahəsi
və s.
• müxtəlif: psixoloji, estetik, təhlükəsizlik, ekoloji və s.
|