Mövzu 8.
Dəmiryolu nəqliyyatının hərəkət tərkibi.
Dəmir yolu nəqliyyatının texniki təchizatmın əsasını daimi qurğular və hərəkət
tərkibi təşkil edir. Daimi qurğulara yollar, stansiyalar va dig ər bölmə məntəqələri,
elektrik təchizatının qurğu və tikililəri, istismar işinin idarə edilməsi və hərəkətin
təhlükəsizliyi və nizamlanmasını təmin edən xüsusi vasitələr aiddir.
Dəmir yolları xüsusi qaydada tikilmiş yollar olub müxtəlif ölkələrdə yolun
koleyası ilə fərqlənirlər.
Dəmir yolu - ayrılmış zolaqda yerləşdirilmiş xətti və mühəndis qurğuları və
tikililərinin mürəkkəb kompleksidir. Dəmir yolu üst və alt quruluşlardan ibar ətdir.
Dəmir yolları əsas, stansiya və xüsusi təyinatlı yollara bölünür: Stansiya yollarına
əsas
stansiya, qəbul - yola salma, çeşidləmə, uzantılar, yükləmə - boşaltma, hərəkət,
birləşdirici və yollar aiddir. Əsas stansiya yolları stansiyaya qovuşan pere qonların
davamıdır. Qəbul - yola salma yolları qatarların stansiyaya qəbulu, dayanması və
pereqonlara yola salınması üçündür.
Xüsusi təyinatlı yollara (sənaye dəmir yolunun) giriş yolları, qoruyucu yollar və s.
aiddir.
Yolun üst quruluşuna relslər, şpallar, rels bəndləri, ballast (şpalları bərkitmək
üçün onların arasına tökülən çınqıl və ya qum) yastığı, ballast prizması aiddir.
Yolun alt qatına torpaq yatağı və süni qurğular (körpülər, borular, yol keçidləri və
s.) aiddir.
Rusiyada relsin standart uzunluğu 12,5 m və ya 25 m-dir, lakin hal - hazırda
stansiyalararası pereqonlarda və stansiya yollarında calaqsız yollar - qaynaq vasitəsilə
bir - birinə birləşdirilmiş, uzunluğu 800 m - ə çatan rels gövdələri tətbiq olunur.
Əsasən P 65 və P 50 (reslin 1 m-nin çəkisi uyğun olaraq 65 və 50 kq), həmçinin daha
ağır P 75 markalı relslər işlədilir.
Yeni dəmir yolları layihələndirilərkən onların uzununa meylinin uyğun
olaraq
teplovoz dartqılı yollarda 12 %o, elektrovoz dartqılı yollarda isə 15 %o - dən artıq
olmasına icazə verilmir.