13
elektronların mühüm xassəsi onların elektrik yüklərinə malik
olmalarıdır. Proton və elektronun elektrik yükləri qiymətcə
bərabər, işarəcə əksdir. Belə ki, proton müsbət, elektron
mənfi elektrik yükünə malikdir.
Şəkil 1.2.
Cismin sadə quruluşu
Şəkil 1.2–dən də göründüyü kimi, atomun nüvəsini
proton və neytron təşkil edir, elektronlar isə nüvənin müsbət
yükünü kompensasiya etməklə onun örtüyünü doldurur.
D.İ.
Mendeleyev
cədvəlindən
atom
nüvəsinin
quruluşunu, onun örtüyünun elektronla doldurma periodunu
təyin etmək mümkündür. Atomların xarici elektron qabığının
quruluşundan asılı olaraq müxtəlif əlaqə növləri yarana bilər
və bunlara kovalent, ion, metallik, molekulyar əlaqələr aiddir.
Kovalent əlaqə
ümumi elektron cütü hesabına yaranır
və bu cütlüyün elektronları hesabına hər bir atom öz valent
səviyyəsini tamamlayır, bununla da, öz enerjisini azaldır. Bu
cütün yerləşdiyi yerdə mənfi yükün ikiqat olması hesabına
nüvələrdən hər birinin arasında və bu oblasda cazibə güclənir.
Beləliklə, atomlar əlaqələnmiş və birlikdə olur.