• MÖVZU: KƏND TƏSƏRRÜFATINDA İSTEHSAL PROSESLƏRİNİN AVTOMATLAŞDIRILMASININ NÖVLƏRİ P L A N
  • GƏNCƏ 2011 KƏND TƏSƏRRÜFATINDA İSTEHSALAT PROSESLƏRİNİN AVTOMATLAŞDIRILMASININ NÖVLƏRİ
  • QƏZA ƏLEYHİNƏ AVTOMATİKA
  • Mühazirəçi: T. E. N., Prof. İ. M.Əliyev FƏNN: avtomatikanin əsaslari mühazirə 3




    Download 56 Kb.
    bet1/3
    Sana24.03.2017
    Hajmi56 Kb.
    #1251
    TuriMühazirə
      1   2   3

    AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
    AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

    MÜHƏNDİSLİK fakültəsi

    ELEKTRİK MÜHƏNDİSLİYİ kafedrası


    Mühazirəçi: T.E.N., PROF. İ.M.Əliyev


    FƏNN: AVTOMATİKANIN ƏSASLARI


    Mühazirə 3
    MÖVZU: KƏND TƏSƏRRÜFATINDA İSTEHSAL PROSESLƏRİNİN AVTOMATLAŞDIRILMASININ NÖVLƏRİ


    P L A N


    1. Avtomatlaşdırma dərəcəsinə görə istehsal proseslərinin avtomatlaşdırma növləri.

    2. Müasir avtomatik idarəetmə sistemlərinin növləri.

    3. İstehsalat texnoloji proseslərin avtomatik idarəetmə dərəcəsinə görə avtomatlaşdırmanın növləri.



    ƏDƏBİYYAT


    1. В.И.Загинайлов, Л.Н.Шеповалова. Основы автоматики. М.2001.

    2. И.Ф.Бородин, Н.М.Недилко. Автоматизация технологических процессов. М. 1986.

    3. И.И. Мартыненко и др. Автоматика и автоматизация производственных процессов. М.1985.


    GƏNCƏ 2011

    KƏND TƏSƏRRÜFATINDA İSTEHSALAT PROSESLƏRİNİN AVTOMATLAŞDIRILMASININ NÖVLƏRİ
    Xüsusi avtomatik qurğuların yerinə yetirdiyi funksiyalardan asılı olaraq avto­mat­­laş­dırma aşağıdakı əsas növlərə bölünür: avtomatik nəzarət, avtomatik mühafizə, avtomatik və məsafədən idarəetmə, telemexanik idarəetmə.

    Avtomatik nəzarətə isə aşağıdakılar daxildir: avtomatik siqnallaşdırma, avtomatik ölçmə, avtomatik çeşidləmə və məlumatların avtomatik toplanması.

    Avtomatik siqnallaşdırma avtomatik nəzarətin ən sadə növü olub, texnoloji prosesin gedişini xarakterizə edən hər hansı fiziki parametrlərin hədlərinə (kənar qiymətlərinə) nəzarət edilməsindən ibarətdir. Siqnal qurğuları kimi lampalardan, zənglərdən, sirenlərdən və xüsusi mnemonik göstəricilərdən istifadə olunur.

    Avtomatik ölçmə texnoloji prosesin yaxud maşının işini xarakterizə edən fiziki kəmiyyətləri ölçmək və xüsusi göstərici və qeydedici cihazlara ötürməkdən ibarətdir. Xidmətçi heyyət cihazların göstəricilərinə görə texnoloji prosesin keyfiyyəti yaxud maşınların və aqreqatların iş rejimləri haqqında mühakimə yürüdür.

    Avtomatik çeşidləmə məhsulun ölçüsü, çəkisi, bərkliyi, özlülüyü və başqa göstəriciləri üzrə nəzarət etməyi və ayırmağı nəzərdə tutur (məs: dənin, yumurtanın, meyvənin, kartofun çeşidlənməsi).

    Məlumatların avtomatik toplanması texnoloji prosesin gedişi, buraxılan məhsulun keyfiyyəti və kəmiyyəti haqqında təlimat almaq, xidmətçi heyətə məlumatı vermək, işləmək (emal etmək) və saxlamaq üçündür.

    Avtomatik mühafizə qeyri-normal və qəza rejimləri yarandıqda ya nəzarət edilən istehsalat prosesini dayandırır (məsələn, qısa qapanma zamanı elektrik maşınlarını və ya elektrik dövrələrini işdən çıxarır) və yaxud qeyri-normal rejimi avtomatik olaraq aradan qaldırır. Avtomatik mühafizə avtomatik idarə etmə və siqnallaşdırma ilə sıxı surətdə bağlıdır. O idarə orqanlarına təsir edir və xidmətçi heyətə yerinə yetirilmiş əməliyyat haqqında xəbər verir.


    Rele vasitəsilə yerinə yetirilən mühafizə rele mühafizəsi adlanır. Rele mühafi­zəsi elektrik stansiyalarında, yarımstansiyalarında, şəbəkələrdə və müxtəlif elektrik qurğularında geniş tətbiq olunurlar.

    Avtomatik mühafizəyə həmçinin avtoblokirovka (avtomatik bloklama) daxil­dir. Avtoblokirovka qurğuları əsasən xidmətçi heyətin dövrələri düzgün olmayaraq qoşmasını və açmasını və səhv əməliyyatlarını aradan qaldırmaq üçündür. Hər şeydən əvvəl onlar mümkün olan zədələnmələri və qəzaları xəbər verir.
    QƏZA ƏLEYHİNƏ AVTOMATİKA
    Məsafədən idarəetmə qurğuların və mərkəzləşdirilmiş obyektlərin məsafədən idarə edilməsinin metodlarını və texniki vasitələrini özündə birləşdirir. İdarə impulsları (əmrləri) xidmətçi heyət tərəfindən müvafiq düymələr, açarlar və digər əmr aparatlarının köməyilə elektrik birləşdirici naqillərlə verilir.

    (Avtomatik idarəetmə, telemexanik idarəetmə və kibernetika haqqında əvvəlki mövzularda məlumat verilmişdir). Kibernetika maşınların, sistem maşınların istehsalat proseslərinin, fizioloji, biokimyəvi, biofiziki və s. proseslərin idarə edilmə məsələlərini əhatə edir.

    Avtomatlaşdırma dərəcəsinə görə əl ilə, avtomatlaşdırılmış və avtomatik idarəetmə növləri vardır.

    Əl ilə idarəetmə bütün idarəetmə funksiyası insan-operatorun üzərinə düşür.

    Avtomatlaşdırılmış idarəetmədə funksiyanın bir hissəsini insan, digər hissəsini isə - avtomatik qurğu yerinə yetirir.

    Avtomatik idarəetmədə bütün idarəetmə funksiyasını avtomatik qurğular yerinə yetirirlər.

    Avtomatikada idarəetmə sistemləri aşağıdakılara bölünürlər:

    - İstehsalın avtomatlaşdırılmış idarəetmə sistemləri (ACУП – İAİS)

    - Texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri (АСУ ТП – ТРАİS)

    -Texnoloji proseslərin avtomastik idarəetmə sistemləri (САУ-ТП – TPAİS)

    ACУП (İAİS) – insan maşın sistemi olub, informasiyanın avtomatik

    toplanma­sının və emalını təmin edir.

    Misal: müəssisənin təsərrüfat-plan fəaliyyətinin idarə edilməsi.

    АСУ ТП (ТРАİS) - bu da insan – maşın sistemi olub, istehsalatda yerinə yetirilən texnoloji proseslərin yerinə yetirilməsi haqqında iş rejiminə nəzarət, informasiyanın toplanmasına və emalına nəzarət etmək.

    САУ-ТП – TPAİS – insanın iştirakı olmadan bir-birinə təsir edən avtomatik idarəedici qurğu və idarə olunan obyektin məcmuudur.

    Beləliklə, САУ-ТП – TPAİS sırf texniki məsələ olub, bir-birindən asılı olmayaraq işləyən qurğuların verilmiş işləmə alqoritmini bilavasitə yerinə yetirir.

    Bunlar idarəetmə sistemlərinin iyerarxik pilləkənində ən aşağı pillədədir, orta pillədə АСУ ТП (ТРАİS); daha yüksək pilləni isə ACУП (İAİS) tutur.

    [iyerarxiya – aşağı rütbələrin yuxarı rütbələrə tabe olmaq qaydası]

    İstehsalat texnoloji proseslərin avtomat idarəetmə dərəcəsinə görə qismən kompleks və tam avtomatlaşdırma mövcuddur. Qismən idarəetmədə bütün vəzifələri insan-operator yerinə yetirir. Bu növ avtomatlaşdırma yalnız ayrı-ayrı istehsalat əməliyyatlarında və qurğularında istifadə olunur. İstehsalat prosesində o insan əməyini mühüm dərəcədə yüngülləşdirir, iştirakından azad etmir. Misal olaraq fermalarda yemin paylanması və peyinin yığılması üçün elektrik intiqallarının məsafədən idarə edilməsini göstərmək olar.



    Kompleks avtomatlaşdırma – obyekti bir mərhələdən idarə etməklə bütün əsas texnoloji əməliyyatları, həmçinin bütün texnoloji proses ərzində istehsal edilən məhsula nəzarət və onun nəql edilməsinin avtomatlaşdırılması deməkdir. Bu halda insanın vəzifəsi prosesin gedişini müşahidə etmək, onu təhlil etmək, ən səmərəli texniki – iqtisadi göstəricilər əldə etmək üçün avtomatik qurğuların iş rejimini dəyişməkdən ibarətdir. Misal olaraq dənin yığımdan, sonra təmizlənməsi və qurudulmasının, yem hazırlayan aqreqatların idarə edilməsi ola bilər.

    Tam avtomatlaşdırma hesablayıcı maşınlar və ya başqa avtomatik qurğular vasitəsilə həyata keçirilən idarəetmə sistemi də daxil olmaq şərtilə bütün əsas və köməkçi istehsalat proseslərinin avtomatlaşdırılması deməkdir. Bu halda xidmətçi heyyətə dövri nəzarət, profilaktik təmir və bütün sistemi yeni iş rejiminə sazlamaq vəzafəsi qalır. Məsələn, istilikxanalarda və tərəvəz saxlanılan binalarda mikroiqlimin idarəetmə sistemi.

    Hal-hazırda əl əməyinin mühüm dərəcədə ixtisar olunmasını manipulyatorların və sənaye robotlarının tətbiqi təmin edir.

    Sənaye robotları sənaye və kənd təsərrüfatı istehsalının avtomatlaşdırılmasının inkişafında keyfiyyətcə yeni cağar açmışlar. Məs: Qoyun qırxımını avtomatlaşdırmaq üçün roboto texnikanın tətbiqi mühüm əhəmiyyət kəsb edir (Şək. ).



    Məlimdur ki, qoyun qırxımının avtomatlaşdırılması çətin olan ən ağır əl əməliyyatlarından biridir. Robototexnika burada da köməyə gəlir. Bunun üçün qoyunu qırxan maşın alət kimi lokasion sistemlə təchiz olunur. Lokasion sistem orta qoyunun forma və ölçülərinə hesablanmış alətin hərəkətinin proqram trayektori­yasının sazlanma imkanını təmin edir. Adətən qoyun ayaqları və boynunu xüsusi kəmərlə bərkidilmiş halda xüsusi arabacıqda qırxım zonasına ötürülür. Qırxım üçün maçınkada qoyulmuş tutum vericiləri kəsici haşiyələrdən qoyunun dərisinə qədər məsafəni qeyd edir. Bu məlumatdan istifadə edərək aləti şaquli və maili dəyişərək hərəkəti idarə etmək üçün robot proqram trayektoriyasını təshihləyərək (korrektirov­ka edərək) maşının bucağının yerini dəyişərək qoyunun dərisi ilə maşın arasındakı məsafəni qoyun nəfəs alan zaman onun bədəninin səthi dəyişsə belə məsafə sabit saxlanılır. Belə adaptiv robototexnikin kompleks tətbiqi heyvandarların əmək şəraitini yaxşılaşdırmaqdan başqa, həmçinin qırxım keyfiyyətini də yüksəldir.

    Download 56 Kb.
      1   2   3




    Download 56 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirəçi: T. E. N., Prof. İ. M.Əliyev FƏNN: avtomatikanin əsaslari mühazirə 3

    Download 56 Kb.