|
List Proq (proqram siyahısı) – İdarəetmə sistemində saxlanılmış proqram siyahısını əks etdirir.
Select Prog
|
bet | 26/31 | Sana | 12.01.2024 | Hajmi | 2,28 Mb. | | #135892 | Turi | Mühazirə |
Bog'liq Cihazqayırmada kompyuter texnologiyası mühazirələrList Proq (proqram siyahısı) – İdarəetmə sistemində saxlanılmış proqram siyahısını əks etdirir.
Select Prog (proqramı seçmək) – Proqram siyahısında se çilmiş proqram cari proqram olur. Nəzərə almaq lazımdır ki, carı proqram proqram siyahısında soldan “A” işarəsi ilə qeyd edilmişdir.
Send (göndərmək) – RS-232 ardıcıl portu ilə proqramın göndərilməsini həyata keçirir.
Recv (qəbul etmək) - RS-232 ardıcıl portu ilə proqramın qəbul edilməsini həyata keçirir.
Erase Proq (proqramı silmək) – List Proq (proqram siyahısı) rejimində kursor vasitəsilə seçilmiş proqramı silir və ya MDI (verilənlərin əl ilə daxil edilməsi) rejimində proqramı tamamilə silir.
Rəqəm klavişləri
Rəqəm klavişləri idarəetmə sisteminə rəqəm və xüsusi simvolları daxil etməyə imkan verir.
Cancel (ləğv edilmə) – “Ləğv edilmə” klavişi axırıncı daxil edilmiş simvolun ləğv edilməsi üçün istifadə olunur. Space (probel, ara, boşluq) – məlumatlar sahəsində və ya proqramlarda yerləşdirilmiş şərhlərin üslublaşdırılması (formatlaşdırılması) üçün istifadə edilir.
Write / Enter (yazma / daxil etmə) – Universal daxil etmə klavişi.
- (minus işarəsi) – mənfi rəqəmlərin daxil edilməsi üçün istifadə olunur.
.(onluq nöqtə) – onluq kəsrlərin daxil edilməsi üçün istifadə edilir.
Ekran koordinatları
Ekranın mərkəzi üzrə aşağıda vəziyyət pəncərəsində dörd nöqtəyə nisbətən (Operator (operator), Work (iş), Machine (dəzgah) və Distance-to-go (qalmış yerdəyişmə)) oxların cari vəziyyətləri təqdim olunur. Vəziyyət pəncərəsini aktivləşdirmək üçün Posit (vəziyyət) klavişini basmaq və displeydə mövcud vəziyyətlərə baxmaq üçün bu klavişi bir də təkrar basmaq lazımdır. Pəncərənin aktivləşdirilməsi zamanı oxun təqdim olunmasını dəyişmək olar. Bunun üçün tələb olunan qaydada oxun hərfi ilə olan klavişi, sonra isə Write / Enter (yazma / daxil etmə) klavişini basmaq lazımdır. Məsələn, “X” klavişini bassaq, yalnız ekranda X oxu əks olunacaqdır. “XZ” klavişinin basılması isə göstərilmiş qaydada oxların ekranda əks olunmasına gətirəcəkdir. Eləcə də daha böyük koordinat displeyləri mövcuddur. Bu displeylər Curnt Comds (cari komandalar) klavişini basmaqla və sonra Page Up (əvvəlki səhifə) və ya Page Down (növbəti səhifə) klavişlərini bu koordinat displeylərinin ekranda görünənə qədər basılması ilə çağırılır.
|
| |