Kombinələşdirilmiş filtr paket müxtəlif materiallardan hazırlanmış eyni miqdarda
elementlərə malikdir.
Filtrləyici materialların məsamələrinin çirklənməsi zamanı sistemin tarazlığı pozula bilir.
Bundan başqa, filtrləyici arakəsmələr üçün materiallar seçilməsi də çətinlik törədir. Həmin
arakəsmələr təxminən eyni filtrləyici xassəyə malik olmalı və yanacaqda əks polyarlıqlı
elektrostatik yüklərin əmələ gəlməsinə şərait yaratmalıdır.
Sənayedə statik elektrik təhlükəsini aradan qaldırmaq üçün müxtəlif mühafizə üsulları
vardır. Lakin, onların ən əlverişlisi antistatik aşqarların tətbiqidir.
Digər mühafizə üsullarından fərqli olaraq antistaik aşqarların tətbiqi, həm sənaye
xammalları və məhsullarının elektrik keçiriciliyinin artmasına səbəb olur, həm də statik
elektriklənmə təhlükəsinin, demək olar ki, tamamilə aradan qaldırılmasını təmin edir.
Qeyd etmək lazımdır ki, əgər bərk maddələrin statik elektriklənməsi, əsasən, əmək şəraitini
pisləşdirirsə, insan orqanizmində gedən fizioloji proseslərə mənfi təsir edirsə, məmulatın həddən
artıq çirklənməsinə səbəb olursa, mayelərin statik elektriklənməsi daha kəskin təhlükə törədir.
Onlar statik elektrikləndikdə partlayış və yanğın təhlükəsi baş verir. Əgər bu cür hadisə neft
məhsulları istehsal edən zavodlarda, onların saxlandığı sahələrdə baş verərsə, bunun nəticəsi
daha ağır olar. Bu onunla izah edilə bilər ki, elektriklənən maye üzərində olan hava-buxar
qarışığının alışması üçün lazım olan enerji hava-toz qarışığının alışmasına lazım olan enerjidən
100 dəfələrlə az olur.
Beləliklə, mayelərin statik elektriklənmədən mühafizə üsullarını müqayisə edərək belə bir
nəticəyə gəlmək olar ki, digər üsullarla müqayisədə antistatik aşqarların tətbiqi üsulu daha
əlverişli sayılmalıdır.
Çoxsaylı təcrübələrlə müəyyən olunmuşdur ki, karbohidrogen yanacaqlarının elektrik
keçiriciliyi müəyyən qədər artırıldıqda, əmələ gələn statik elektrik yükləri çox sürətlə yox olur,
elektrik boşalması və partlayış təhlükəsi praktik olaraq aradan qalxır. Axın nəticəsində yüklərin
yox olmasını relaksasiya adlandırmaq qəbul olunmuşdur. Relaksasiya müddətini miqdarca
qiymətləndirmək üçün yarım yoxolma müddəti anlayışı qəbul edilmişdir. Bu, yüklərin yarısının
yox olmasına kifayət edən müddəti ifadə edir. Yarım yox olma müddəti