YOX məntiqi mikrosxemləri. K155 (TTM-strukturlu) və onların analoqu olan K555 (TTMŞ-strukturlu) seriyalı mikrosxemlərinin əsasında məntiq mikrosxemlərinin xüsusiyyətlərini və sxemotexnikasını nəzərdən keçirək. Bu seriyaların K155ЛН1 (КМ155ЛН1) və К555ЛН1 (КМ555ЛН1) mikrosxemləri bir korpusda yerləşdirilmiş altı ədəd biri-birindən asılı olmayaraq işləyən, vahid qidalanma dövrələri olan məntiqi YOX elementlərindən ibarətdir. Bu məntiq elementlərinin qidalanma şinləri (dövrələri) mikrosxemin 14 və 7 çıxışlarına birləşdirilmişdir. Bu çıxışlara uyğun olaraq qida gərginliyinin “+” və “-“ qütbləri qoyulur (şək.9).
Şək 9. К555ЛН1 (КМ555ЛН1) tipli “YOX” məntiqi mikrosxemləri
Hər məntiq elementinin bir girişi və budaqlanma əmsalı 10, yəni eyni vaxtda bu seriyadan olan 10-a qədər mikrosxemin girişinin yüklənməsini təmin edə bilən bir çıxışı var. K155ЛН1 tipli mikrosxemlər plastmas, КМ155ЛН1 tiplilər isə metalkeramik korpuslarda buraxılırlar.
K561 seriyalı mikrosxemlər içərisində analoji konstruktiv tərtibata malik olan məntiqi YOX mikrosxemləri K561ЛН2 tipli mikrosxemlər olub plastmas korpusda hazırlanırlar.
Qeyd olunan mikrosxemlərin 1,3,5,9,11 və 13 çıxışları məntiq elementlərin girişləri, 2,4,6,8,10 və 12 isə bu məntiq elementlərinin çıxışlarıdır.
ЛН2 tipli məntiqi YOX mikrosxemləri ЛН1 tipli mikrosxemlərdən açıq kollektorlu çıxış tranzistorlu olmaları ilə fərqlənirlər.
Bir sıra YOV məntiq elementlərinin müqayisəli parametrləri cədvəl 11-də verilmişdir.
Cədvəl 11. YOX məntiqi mikrosxemlərinin parametrləri və istismar verilənləri
№
|
Parametrin adı
|
K155ЛН1(КМ155ЛН1)
|
K55ЛН1(КМ55ЛН1)
|
K561 ЛН2
|
1
|
I0təl. , mA
|
33
|
6,6
|
2,0mkA
|
2
|
I1təl. , mA
|
12
|
2,4
|
2,0mkA
|
3
|
I0gir. , mA
|
1,6
|
0,36
|
0,3mkA
|
4
|
I1gir. , mA
|
0,04
|
0,02
|
0,3mkA
|
5
|
U0çıx. ,V
|
0,4
|
0,5
|
0,01
|
6
|
U1çıx. , V
|
2,4
|
2,7
|
9,99
|
7
|
tləng.orta. ,ns
|
19
|
30
|
120
|
8
|
Uqida
|
5V10%
|
5V5%
|
10 (int. - 315)
|
9
|
Tətr.
|
-10 70C (-4585C)
|
- 10 70C (-4585C)
|
-4585C
|
VƏ məntiq mikrosxemləri. K155ЛИ1(КМ155ЛИ1) və K55ЛИ1 (КМ55ЛИ1) tipli TTM və TTMŞ strukturlu VƏ məntiq mikrosxemlərinin misalında VƏ məntiq mikrosxemlərinin xüsusiyyətlərini nəzərdən keçirək. Bu mikrosxemlərin markasında əlavə olunan M hərfi bu mikrosxemlərdə modernləşdirilmiş korpusun istifadə olunduğunu bildirir.
Bu mikrosxemlər VƏ məntiqi funksiyasını yerinə yetirən, bir korpusda yerləşmiş, biri-birindən asılı olmayaraq işləyən, vahid qidalanma dövrələrinə malik olan, korpusunun 14-cü çıxışı qida mənbəyinin “+”, 7-ci çıxışı isə “-“ qütbünə qoşulan, dörd iki girişli VƏ məntiq elementlərindən ibarətdir (şək.10).
Şək.10. K55ЛИ1 (КМ55ЛИ1) tipli “VƏ” məntiq mikrosxemləri
Mikrosxemin giriş və çıxışlarının şərti qrafiki işarələnmədə və elektrik sxemində verilən nömrəsi onun korpusundakı çıxışlarının nömrələrinə uyğundur. VƏ məntiqi mikrosxemlərinin parametrləri aşağıdakı cədvəl 12-də verilmişdir.
Cədvəl 12. VƏ məntiqi mikrosxemlərinin parametrləri və istismar verilənləri
№
|
Parametrin adı
|
K155ЛИ1(КМ155ЛИ1)
|
K55ЛИ1(КМ55ЛИ1)
|
KP1561ЛИ2
|
1
|
I0təl. , mA
|
33
|
8,8
|
150mkA
|
2
|
I1təl. , mA
|
22
|
4,4
|
150mkA
|
3
|
I0gir. , mA
|
1,6
|
0,36
|
1mkA
|
4
|
I1gir. , mA
|
0,04
|
0,02
|
1mkA
|
5
|
U0çıx. ,V
|
0,4
|
0,5
|
0,5
|
6
|
U1çıx. , V
|
2,4
|
2,7
|
9,5
|
7
|
tləng.orta. ,ns
|
16
|
9,5
|
320
|
8
|
Uqida, V
|
5V10%
|
5V5%
|
0(diap.315)
|
9
|
Tətr.
|
-10 70C (-4585C)
|
-10 70C(-4585C)
|
-4585C
|
K155ЛИ2(КМ155ЛИ2) və K55ЛИ2(КМ55ЛИ2) mikrosxemləri uyğun seriyanın ЛИ1 mikrosxemlərinin analoqu olub, parametrlərinin nisbətən yaxşı olması ilə fərqlənir.
K155ЛИ3(КМ155ЛИ3) və K55ЛИ3(КМ55ЛИ3) mikrosxemləri, onların analoqları K155ЛИ4(КМ155ЛИ4) və K55ЛИ4(КМ55ЛИ4) 3 girişli üç ədəd “VƏ” məntiq elementlərindən ibarət olan mikrosxemlərdir.
K155 ЛИ5 tipli məntiq mikrosxemi iki ədəd 2 girişli, açıq kollektorlu çıxışı olan məntiqi “VƏ” elementlərindən ibarət olan mikrosxemdir.
K555ЛИ6 tipli mikrosxem isə 4 girişli 2 ədəd məntiqi “VƏ” elementlərindən ibarətdir.
K1533 mikrosxemləri K555 seriyasının analoqu olub, parametrlərinin nisbətən yaxşı olması ilə fərqlənir və polimer korpuslarda hazırlanırlar.
K155ЛЛ1(КМ155ЛЛ1) və K55ЛЛ1(КМ55ЛЛ1) mikrosxemləri dörd ədəd 2 girişli YAXUD məntiqi elementlərindən ibarət olub, onların istismar- texniki parametrləri həmin seriyaların ЛИ1 tipli mikrosxemlərində olduğu kimidir.
KMOY-strukturlu K176 və K561 seriyalı YAXUD məntiq mikrosxemlərinin parametrləri həmin seriyanın VƏ məntiq mikrosxemlərinin parametrləri ilə eyni həddə olur.
Şəkil 11-də K155ЛЛ1(КМ155ЛЛ1) mikrosxeminin şərti qrafiki işarələnməsi və çıxışlarının təyinatı və YAXUD elementinin prinsipial sxemi verilmişdir.
Şək.11. K155ЛЛ1(КМ155ЛЛ1) markalı YAXUD elemntləri
K155 və K555 seriyalı mikrosxemlər içərisində K155ЛA1(K555 ЛA1) dörd girişli iki ədəd VƏ-YOX, K155ЛA2(K555 ЛA2) səkkiz girişli bir ədəd VƏ-YOX, K155ЛA3(K555 ЛA3) iki girişli dörd ədəd VƏ-YOX və s. tipli mikrosxemlər, onların modernləşdirilmiş yeni variantları mövcuddur. Bu mikrosxemlər içərisində dörd ədəd 2 girişli VƏ-YOX elementlərindən ibarət olan K155ЛA3 (K555 ЛA3) və bu mikrosxemlərin KMOY – strukturlu analoqu
olan K176ЛA7(K561 ЛA7) markalı məntiq mikrosxemləri daha geniş istifadə olunurlar (şək.12). Bu mikrosxemlərin parametrləri cədvəl 13-də verilmişdir.
Şək.12. K155ЛA3(K176ЛA7) tipli “VƏ-YOX” məntiqi mikrosxemləri
Cədvəl 13. VƏ-YOX məntiqi mikrosxemlərinin parametrləri
və istismar verilənləri
№
|
Parametrin
|
K155ЛA3
|
K555ЛA3
|
K176ЛA7
|
1
|
adı
I0təl. , mA
|
(КМ155ЛA3)
22
|
(КМ555ЛA3)
4,4
|
(К561ЛA7)
0,3mkA
|
2
|
I1təl. , mA
|
8
|
1,6
|
0,3mkA
|
3
|
I0gir. , mA
|
1,6
|
0,36
|
0,1mkA
|
4
|
I1gir. , mA
|
0,04
|
0,02
|
0,1mkA
|
5
|
U0çıx. ,V
|
0,4
|
0,5
|
0,3
|
6
|
U1çıx. , V
|
2,4
|
2,7
|
8,2
|
7
|
tləng.orta. ,ns
|
18
|
20
|
200
|
8
|
Uqida, V
|
5V10%
|
5V5%
|
9 (diap.318)
|
9
|
Tətr.
|
-10 70C
|
-10 70C
|
-10 70C
|
|
|
(-4585C)
|
(-4585C)
|
(-4585C)
|
TTM və TTMŞ strukturlu mikrosxemlər içərisində 2 girişli dörd ədəd YAXUD-YOX elementlərindən təşkil olunmuş K155ЛE1 və K555ЛE1, KMOY – strukturlu mikrosxem seriyalarında isə K176ЛE5 və K561ЛE5 tipli mikrosxemlər, və onların modernləşdirilmiş yeni variantları daha geniş tətbiq tapşışdır. Eyni zamanda bu seriyalarda 3 girişli, 4 girişli və s. YAXUD-YOX elementləri olan məntiq mikrosxemləri də mövcuddur.
Geniş yayılmış mikrosxemlərin nümunələrinin fotogörünüşü aşağıdakı
şəkil 13-də verilmişdir.
Şək.13.
|