Fənn
Ədəbiyyat
Sinif
VII-XI
Mövzu
Bədii təsvir və ifadə vasitələrinin bir-birindən
fərqləndirilməsi
Altstandart
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə
vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual,
təkrir, litota) rolunu aydınlaşdırı
Təlim nəticələri
Bədii nümunələrdə təsvir və ifadə vasitələrini bir-
birindən fərqləndirir
İnteqrasiya
Fəndaxili
İş üsulu
Beyin həmləsi, müəllimin şərhi, müzakirə
İş forması
Kollektivlə iş, qrupla iş, fərdi iş
Resurs
Dərslik, komputer, proyektor, təqdimat
Dərs prosesi
1.
Motivasiya (5 dəq): Şagirdlər artıq həm bədii təsvir, həm də ifadə vasitələri
ilə tanışdır. Onlara Mikayıl Müşfiqin “Həyat sevgisi” şeirindən bir bəndi nümayiş
etdirib, burada hansı bədii təsvir və ifadə vasitələrinin olduğunu soruşuram.
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Tədqiqat sualı : Bədii təsvir və ifadə vasitələrinin hansı xüsusiyyətləri var ?
2.
Tədqiqatın aparılması (10 dəq): Şagirdlər 3 qrupa bölünür. Hər bir qrupa iş
vərəqləri paylanır. Qruplara iş vərəqlərində qeyd olunmuş bədii nümunələrdə hansı
bədii təsvir və ifadə vasitələrinin istifadə olunduğunu tapmaq tapşırılır.
1-ci Qrup
Qar tutanda zirvələri
Dərə, təpə, düz üşüyər.
Soyuyanda ocaq yeri
Kül bozarır, köz üşüyər. (H. Arif) metafora-köçürmə,
Mən vətəni canım kimi sevirəm,
Ruhum, ətim, qanım kimi sevirəm. ( A. Səhhət) təşbeh-bənzətmə,
2-ci Qrup
Ömrə-günə nə deyim!
Yoxdur əsla dincliyim.
Mənim odlu gəncliyim,
Şimşək tək çaxdı getdi. (H. Arif) bədii sual, bədii təyin, epitet, təşbeh-bənzətmə
Su yerinə qan axar köksündəki hər çeşmədən
Dağ götürsə dərdimi tab eyləməz bu siqlətə. (S. Təbrizi) mübaliğə-şişirtmə.
3-cü Qrup
Öpür qayaları, öpür daşları
Bala sevgisiylə o ana dağlar
Nə yaman qışqırır sular dərədə
Səfərə çıxıbdır arana dağlar. (B. Vahabzadə) epitet-bədii təyin, metafora-köçürmə,
Mənə gəl-gəl deyir, Təbriz, Miyana
Sən necə baxırsan, Arazım, buna! (S. Rüstəm) metonimiya-addəyişmə,
3.4 Məlumat mubadiləsi və müzakirəsi (8 dəq): Hər bir qrup bir nümayəndə seçir və öz
nəticələrini təqdim edir. Qrupların nəticələri müzkirə olunur.
5. Ümumiləşdirmə və nəticə (5 dəq): Deməli, belə bir nəticəyə gəlirik ki, bədii təsvir
vasitələri daha çox hər hansı anlayışı, əşyanı, hadisəni, insanı təsvir etmək üçün, oxucuda bu
barədə dəqiq təsvir yaratmaq üçün işlədilir və çox vaxt məcazi mənada işlənir. Bədii ifadə
vasitələri isə hansısa bir fikri daha dəqiq, daha qüvvətli şəkildə ifadə edir.
6. Yaradıcı tətbiqetmə (9 dəq): “Durna teli” əsərini oxuyub buradakı bədii təsvir və ifadə
vasitələrini qeyd edin.
7. Qiymətləndirmə (dərs boyu aparıla bilər) (3 dəq) : Təlim məqsədlərinə əsasən
qiymətləndirməni fərqləndirmə üzrə apararam.
Qrup qiymətləndirməsi
Qruplar
Meyarlar
I qrup
II qrup
III qrup
Bədii təsvir və
ifadə vasitələrini
fərqləndirir
Təqdimetmə
Əməkdaşlıq
Vaxtdan səmərəli
istifadə
Yekun
Səviyyələr
Meyarlar
Ⅰ səviyyə
Ⅱ səviyyə
Ⅲ səviyyə
Ⅳ səviyyə
Fərqləndirmə
Bədii
nümunələrdə
təsvir və ifadə
vasitələrini bir-
birindən
çətinliklə
fərqləndirir
Bədii
nümunələrdə
təsvir və ifadə
vasitələrini bir-
birindən
müəllimin
köməyi ilə
fərqləndirir
Bədii
nümunələrdə
təsvir və ifadə
vasitələrini bir-
birindən əsasən
fərqləndirir
Bədii
nümunələrdə
təsvir və
ifadə
vasitələrini
bir-birindən
sərbəst
fərqləndirir
Ev tapşırığı:
|