• Sistem çağrışları (system calls) – bu, əməliyyat sistemi ilə istifadəçi proqramı arasında
  • proqramlar paralel olaraq yerinə yetirilirlər




    Download 0,65 Mb.
    bet6/17
    Sana15.05.2024
    Hajmi0,65 Mb.
    #234247
    1   2   3   4   5   6   7   8   9   ...   17
    Bog'liq
    ƏS cavablar

    proqramlar paralel olaraq yerinə yetirilirlər.
    Əməliyyat sistemləri hər bir tətbiqi proqram üçün əməli yaddaşın bir hissəsini ayırırlar. Ona görə də tətbiqi proqramlar digər aparat resursları olan sərt disk, printer və uzaq məsafədəki şəbəkəyə müraciətləri əməliyyat sistemlərinin rəhbərliyi altında icra edirlər. Çoxməsələlik o demək deyildir ki, istənilən sayda məsələni yükləmək olar. Nə qədər çox məsələ yüklənərsə, sistem bir o qədər yavaş işləyəcək, yaddaşda boş yerin ayrılması, qurğuların bölüşdürülməsi və ya onların növbəsinin təyin olunmasında çətinliklər yaranacaqdır. Əməliyyat sistemləri və proqramlar əməli yaddaşda mübadilə buferi və ya sadəcə bufer yaddaşı yarada bilərlər. Mübadilə buferi əməliyyat sisteminin bir hissəsi olmaqla bərabər, əməliyyat sistemi tərəfindən mühafizə olunur və surəti çıxarılmış fraqmenti əməli yaddaşda saxlayır. Amma bəzi proqramlar bir neçə fraqmenti mübadilə buferində müvəqqəti yığıb saxlaya bilir. Qrafiki interfeys qovluq, pəncərələri və ya tətbiqi proqramların pəncərələri arasında verilənlərin köçürülməsinə imkan verir. Məsələn, Excel-də olan diaqramın və ya veb-saytdakı şəklin Word sənədinə yerləşdirilə bilinməsi buna bariz nümunə ola bilər.Bildiyimiz kimi, kompüterlərdə əsas problem kimi əməli yaddaş tutumunun çatışmazlığıdır ki, bu problem yaddaşın idarə edilməsi texnologiyası olaraq virtual yaddaş (həqiqətdə olmayan)
    vasitəsilə həll edilir.

    Sistem çağrılmaları
    İstənilən əməliyyat sistemində əməliyyat sistemi nüvəsinin xidmətlərinə müraciət etməkdən ötrü, istifadəçi proqramlarına imkan verən mexanizm dəstəklənir. Ən məşhur keçmiş SSRİ hesablama maşını olan BESM-6-da nüvə ilə “ünsiyyətin” uyğun vasitələri ekstrakodlar adlanırdılar, İBM əməliyyat sistemlərində isə onlar sistem əmrləri adlanırdılar və s. Unix əməliyyat sistemində bu cür vasitələr sistem çağrışları adlanırlar.
    Sistem çağrışları (system calls) – bu, əməliyyat sistemi ilə istifadəçi proqramı arasında
    interfeysdir. Onlar, ən başlıcası proseslər və fayllar olan müxtəlif obyektləri yaradırlar, ləğv edirlər və istifadə edirlər. İstifadəçi proqramı sistem çağrışını həyata keçirərək, əməliyyat sistemindən servisi sorğu edir. Müəyyən parametrli maşın registrlərini yükləyən prosedurlar kitabxanaları olurlar ki, onlar prosessorun kəsilməsini həyata keçirirlər, bundan sonra idarə olunma əməliyyat sisteminin nüvəsinə daxil olan həmin çağrışın emalçısına ötürülür. Bu cür kitabxanaların məqsədi - sistem çağrışını altproqramın adi çağrışına oxşar etməkdir. Əsas fərq ondan ibarət olur ki, sistem çağrışında məsələ imtiyazlı rejimə və ya nüvə rejiminə (kernel mode) keçir. Buna görə də, çox vaxt sadə kəsilmələr adlanan aparat kəsilmələrindən fərqli olaraq, sistem çağrışlarını bəzən proqram çağrışları da adlandırırlar.

    Download 0,65 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   17




    Download 0,65 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    proqramlar paralel olaraq yerinə yetirilirlər

    Download 0,65 Mb.