“Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə
iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələrinin hərəkət etməsi və onların
hərəkətinə xüsusi icazənin verilməsi
Qaydası”na
1 nömrəli əlavə
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə
Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkətinə dair xüsusi icazənin verilməsi üçün
ƏRİZƏ
Xahiş edirəm, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin _______________ marşrutu üzrə hərəkət etməsinə xüsusi icazə verəsiniz.
Daşıyıcı ___________________________________________________________
(soyadı, adı, ünvanı, telefon nömrəsi)
Yük avtomobilinin markası, modeli, dövlət qeydiyyat nişanı ______________________________________________________________________________________________________________________
Qoşqunun və (və ya) yarımqoşqunun markası, modeli, dövlət qeydiyyat nişanı ___________________________________________________________
___________________________________________________________
Daşınan yükün növü ________________________________________________________
Yükün çəkisi ______________ t
Nəqliyyat vasitəsinin parametrləri (yüklə birlikdə):
Uzunluğu _______________ m
Eni ____m, yolun hərəkət hissəsinin səthindən yüklə birlikdə hündürlüyü____m
Ümumi kütləsi (dartıcı qoşqu yük) __________________________ t
Oxlara düşən yük ______________________ t
Oxlar arasındakı məsafə ___________________ m
İkimeyilli və birmeyilli oxların nömrələri: ________________________
(oxun nömrəsini göstərən rəqəmin yanında: b- birmeyilli, i- ikimeyilli, n- oxda olan təkərlərin sayı: oxlar arasındakı məsafə 0,7 m-dən artıq olduqda - 4 və daha çox, oxlar arasındakı məsafə 0,7 m-dən az olduqda - 6 və daha çox )
Daşınmanın müddəti ________________________________________________________
Xüsusi icazənin rəsmiləşdirilməsinə məsul şəxs ___________________________________________________________
(soyadı, adı, atasının adı, telefon /faks)
___________________________________________________________
Əlavə edilmiş sənədlərin siyahısı:____________________________________________________
__________________________________________________________
__________________________________________________________
Ərizəçi
_________________ ___________________________________
(imza) (vəzifəsi, soyadı, adı, atasının adı)
M.Y. Tarix: “___” ________ 20_____ il
(hüquqi şəxslər üçün)
________________
“Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə
iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələrinin hərəkət etməsi və onların
hərəkətinə xüsusi icazənin verilməsi
Qaydası”na
2 nömrəli əlavə
İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin
avtomobil yolları ilə hərəkətinə dair xüsusi icazənin alınması üçün
RAZILAŞDIRMA VƏRƏQƏSİ
Xahiş edirəm iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkət marşrutunu razılaşdırasınız:
Daşıyıcı____________________________________________________ (soyadı, adı, ünvanı, telefon nömrəsi)
Yük avtomobilinin markası, modeli, dövlət qeydiyyat nişanı__________
___________________________________________________________
Qoşqunun və (və ya) yarımqoşqunun markası, modeli, dövlət qeydiyyat nişanı______________________________________________________
Daşınan yükün növü _____________________
Daşınan yükün çəkisi ______________t
Nəqliyyat vasitəsinin parametrləri (yüklə birlikdə) :
Uzunluğu ________ m
Eni _____________ m
Yüklə birlikdə hündürlüyü ___________________m
Ümumi kütləsi (yedəkçi qoşqu yük) _________________________ t
Oxlara düşən yük ______________________ t
Oxlar arasındakı məsafə ___________________ m
Daşınmanın müddəti _____________________________________
Ərizəçi _________________ __________________________
(imza) (vəzifəsi, soyadı, adı, atasının adı)
M.Y.
(hüquqi şəxslər üçün)
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə ilkin razılaşdırma
İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin hərəkət marşrutu ______________________________________________________________________________________________________________________
_________________ ___________________________________
(imza) (vəzifəsi, soyadı, adı, atasının adı)
Tarix: “___” ________ 20_____ il
Daşınmanın razılaşdırıldığı qurumlar:
___________________________________________________________
(elektrik, rabitə, su, qazpaylayıcı, neft-qaz idarə və təşkilatları)
___________________________________________________________
(dəmir yolunun müvafiq qurumları)
___________________________________________________________ (şəhər və digər yaşayış məntəqələrinin yollarının, prospektlərinin və küçələrinin mülkiyyətçiləri)
BDYPİ ilə razılaşdırma _______________________________________
(BDYPİ bölməsinin adı)
Hərəkətə saat ____-dan saat ____-dək, ____km/saat sürətlə icazə verilir.
Xüsusi şərtlər: __________________________________________________________
Razılaşdırma_____20__ il tarixindən ____20__ il tarixinədək etibarlıdır.
_________________ ___________________________________
(imza) (vəzifəsi, soyadı, adı, atasının adı)
M.Y. Tarix: “___” ________ 20____ il
_________________
“Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə
iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələrinin hərəkət etməsi və onların
hərəkətinə xüsusi icazənin verilməsi
Qaydası”na
3 nömrəli əlavə
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin
ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair
XÜSUSİ İCAZƏ №_____
Nəqliyyat vasitəsi ___________________________________________________________
(markası, modeli, nəqliyyat vasitəsinin/qoşqunun (yarımqoşqunun) dövlət qeydiyyat nişanı)
___________________________________________________________
Daşıyıcı____________________________________________________
( adı, ünvanı və telefon nömrəsi)
Nəqliyyat vasitəsinin növü __________________
Yükün çəkisi ____________________ t
Yükün növü ____________________
Reyslərin sayı _____________________
Daşınmanın müddəti _____________________________________
Nəqliyyat vasitəsinin parametrləri (yüklə birlikdə) :
Uzunluğu ___________ m, eni __________ m, hündürlüyü ________ m
Ümumi kütləsi ____________________________ t
Oxlara düşən yük ______________________ t
Oxlar arasındakı məsafə ___________________ m
Hərəkət marşrutu __________________________________________________________
Müşayiətin növü ___________________________________________________________
(mühafizə və müşayiət avtomobilinin markası, modeli, dövlət qeydiyyat nişanı)
Avtomobil yolları ilə hərəkətin xüsusi şərtləri ______________________
______________________________________________________________________________________________________________________
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin xüsusi şərtləri ________
___________________________________________________________
İriqabaritli və (və ya) ağırçəkili yükün və ya marşrutun xüsusiyyətlərindən asılı olaraq ehtiyat avtomobilin nəzərdə tutulması___________________________________________________
__________________________________________________________
Daşınmanın razılaşdırıldığı qurumlar:
____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin vəzifəli şəxsi
___________________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının adı))
_________________ Tarix: “___” ________ 20____ il
(imza)
M.Y.
Hərəkət şərtləri və xüsusi icazənin tələbləri ilə tanış oldular:
Yük avtomobilinin sürücüsü (sürücüləri) ___________________________________________________________
(soyadı, adı ,atasının adı, tarix, imza)
Yükü müşayiət edən şəxs ___________________________________________________________
(soyadı, adı, atasının adı, təşkilatın adı, tarix, imza)
İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin reysə çıxması barədə qeydlər (təşkilat rəhbərinin və ya nümayəndəsinin imzası, möhürü və reysin tarixi)
_________________
“Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə
iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələrinin hərəkət etməsi və onların
hərəkətinə xüsusi icazənin verilməsi
Qaydası”na
4 nömrəli əlavə
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin
ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair
BURAXILIŞ VƏRƏQƏSİ
Xüsusi icazənin nömrəsi və tarixi: ____________________________
Nəqliyyat vasitəsi ___________________________________________________________
(markası, modeli, nəqliyyat vasitəsinin/qoşqunun (yarımqoşqunun) dövlət qeydiyyat nişanı)
___________________________________________________________
(daşıyıcının soyadı, adı, ünvanı və telefon nömrəsi)
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin vəzifəli şəxsi
__________________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının adı)
İmza____________
M. Y.
____________________
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 7 iyul
tarixli 104 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri
İriqabaritli və (və ya) ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
________________
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 7 iyul
tarixli 104 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri” “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin avtomobil yollarında dövlətlərarası daşımaları həyata keçirən nəqliyyat vasitələrinin kütlə və ölçüləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlarına, habelə bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına uyğun olaraq hazırlanmışdır.
1.2. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri” avtomobil yollarında hərəkət edən avtomobil nəqliyyatı vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsini, qabarit parametrlərini, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsini müəyyən edir.
1.3. Müəyyən edilmiş qabarit və çəki parametrlərinə uyğun olmayan nəqliyyat vasitələri Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilmiş xüsusi icazəyə malik olmalı və həmin xüsusi icazədə göstərilmiş şərtlər və marşrut üzrə hərəkət etməlidirlər.
2. Nəqliyyat vasitəsinin icazə verilən qabaritləri
Nəqliyyat vasitəsinin icazə verilən qabaritləri 1 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır:
1 nömrəli cədvəl
1. Maksimal uzunluq:
|
|
yük avtomobili üçün
|
12,00 m
|
avtobus üçün
|
12,00 m
|
qoşqu üçün
|
12,00 m
|
birləşdirilmiş nəqliyyat vasitəsi üçün
|
20,00 m
|
birləşdirilmiş avtobus üçün
|
18,00 m
|
avtoqatar üçün
|
20,00 m
|
2. Maksimal en:
|
|
bütün nəqliyyat vasitələri üçün
|
2,55 m
|
nəqliyyat vasitələrinin izotermik kuzov banı üçün
|
2,60 m
|
3. Maksimal hündürlük
|
4,00 m
|
Qeydlər:
1. Bu cədvəlin 1-ci bəndində göstərilmiş nəqliyyat vasitələrinin maksimal ölçülərinə, çıxarıla bilən kuzovların və yük üçün taraların, o cümlədən konteynerlərin ölçüləri də daxildir.
2. Hər hansı bir nəqliyyat vasitəsi hərəkət zamanı xarici radiusu 12,5 m və daxili radiusu 5,3 m olan bir sahənin çərçivəsi daxilində dönmək imkanına malik olmalıdır.
3. Kombinə edilmiş nəqliyyat vasitəsinin ilişdirici qurğusunun ox bağlantısı və arxa hissəsi arasında maksimal məsafə 12,0 m-dən çox olmamalıdır.
4. Avtoqatarın uzunluq oxu ilə paralel olaraq, ölçülmüş kuzovun xarici ön nöqtəsindən və ya kabina arxasında yükün quraşdırılması üçün platformadan qoşqunun arxa xarici nöqtəsinə kimi, dartıcının arxa hissəsi ilə qoşqunun qabaq hissəsi arasında olan məsafəni çıxmaq şərtilə, maksimal məsafə 17,0 m-dən çox olmamalıdır.
5. Avtoqatarın uzunluq oxu ilə paralel olaraq ölçülmüş kuzovun xarici ön nöqtəsindən və ya kabina arxasında yükün quraşdırılması üçün platformadan qoşqunun arxa xarici nöqtəsinə kimi maksimal məsafə 16,4 m-dən çox olmamalıdır.
6. Nəqliyyat vasitəsinin kuzovunda quraşdırılmış yük, avtomobilin arxa xarici nöqtəsindən və ya qoşqudan 2,0 m-dən çox kənara çıxmamalıdır.
7. Yük avtomobilinin arxa oxu və qoşqunun qabaq oxu arasında məsafə 3,0 m-dən az olmamalıdır.
8. Yarımqoşqunun şarnirlərlə bərkidilən oxu ilə yarımqoşqunun hər hansı bir qabaq nöqtəsi arasında üfüqi olaraq ölçülmüş məsafə 2,04 m-dən çox olmamalıdır.
9. Nəqliyyat vasitəsinin uzunluğu İSO 612-1978 standartının 6.1-ci bəndinə müvafiq olaraq ölçülməlidir. Uzunluğu ölçərkən nəqliyyat vasitəsinə bərkidilmiş aşağıdakı qurğular nəzərə alınmır:
- şüşətəmizləyici qurğular, palçıqdan qoruyan fartuklar və brızqoviklər;
- qabaq və yan markalanma plastinaları;
- plomblama və onun mühafizəsi üçün qurğular;
- brezent bərkidilməsi və onun mühafizəsi üçün qurğular;
- işıqlandırma qurğuları;
- arxanı göstərən güzgülər və avtomobilin arxasına nəzarət üçün qurğular;
- hava ötürən borular;
- qoşqu və ya sökülən kuzovla birləşmə üçün klapan və sökülən hissələrin uzunluğu;
- kuzova qalxmaq üçün pillələr, ehtiyat şin üçün qaldırıcı;
- işlək halda 200 mm-dən çox olmayan qaldırıcı platformalar, keçid üçün pillə və digər analoji avadanlıqlar elə hazırlanmalıdır ki, onlar avtomobilin istehsalçı zavod tərəfindən müəyyən edilmiş icazə verilən yüklənmə kütləsini artıra bilməsin.
10. Nəqliyyat vasitəsinin hündürlüyü İSO 612-1978 standartının 6.3-cü bəndinə müvafiq olaraq ölçülməlidir. Hündürlüyü ölçərkən nəqliyyat vasitəsinə bərkidilmiş antena, qaldırılmış vəziyyətdə olan pantoqraf nəzərə alınmır.
Oxunu qaldırmaq qurğusuna malik olan nəqliyyat vasitələri üçün belə bir qurğudan olan effekt nəzərə alınmalıdır.
11. Nəqliyyat vasitəsinin eni İSO 612-1978 standartının 6.2-ci bəndinə müvafiq olaraq ölçülməlidir. Eni ölçərkən nəqliyyat vasitəsinə bərkidilmiş aşağıdakı qurğular nəzərə alınmır:
- plomb, möhür və onların mühafizəsi üçün qurğular;
- brezent bərkidilməsi və onun mühafizəsi üçün qurğular;
- avtoşinlərin zədələnməsini təyin edən qurğu;
- suçiləyənlərin kənara çıxan hissəsi;
- işıqlandırma qurğuları;
- irəliyə və arxaya yönəlmiş pilləkənlərin bucaqlarının çevrilmə radiusu 5 mm-dən az olmayan, kənar xəttinin çevrilmə radiusu isə 2,5 mm-dən az olmayan və işlək vəziyyətdə olan nəqliyyat vasitəsinin hər bir tərəfindən 10 mm-dən çox olmayaraq, kənara çıxan pilləkənləri, asma platformaları və digər analoji avadanlıqları;
- arxa tərəfin görünməsi üçün güzgülər;
- şinlərdə təzyiq indikatoru;
- hərəkət zamanı yığılan və ya bağlanılan pillələr və nərdivanlar;
- avtoşinin yolun səthi ilə toxunma nöqtəsindən kənara çıxan əyilmiş hissəsi.
3 . Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi
Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır:
2 nömrəli cədvəl
1. Yük avtomobilləri
|
|
ikioxlu avtomobil üçün
|
18 t
|
üçoxlu avtomobil üçün
|
24 t
|
aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent
asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün
|
25 t
|
dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət
olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil
|
32 t
|
2. Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat vasitələri
|
|
ikioxlu qoşqu üçün
|
18 t
|
üçoxlu qoşqu üçün
|
24 t
|
3. Kombinə edilmiş nəqliyyat vasitələri
|
|
3.1. Yəhərli avtoqatarlar üçün:
|
|
ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,3 və ya daha çox, lakin 1,8 m-dən çox olmayan
|
36 t
|
ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,8-dən çox olduqda
|
38 t
|
ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə
|
38 t
|
üçoxlu dartıcı ikioxlu yarımqoşqu ilə
|
38 t
|
üçoxlu dartıcı üçoxlu yarımqoşqu ilə
|
38 t
|
3.2. Qoşqulu avtoqatarlar üçün:
|
|
ikioxlu yük avtomobili ikioxlu qoşqu ilə
|
36 t
|
ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə
|
42 t
|
üçoxlu yük avtomobili ikioxlu qoşqu ilə
|
42 t
|
üçoxlu yük avtomobili üçoxlu qoşqu ilə
|
44 t
|
üçoxlu yük avtomobili dördoxlu qoşqu ilə
|
44 t
|
4. Avtobuslar
|
|
ikioxlu üçün
|
18 t
|
üçoxlu üçün
|
24 t
|
üçoxlu şarnirlə birləşdirilmiş üçün
|
28 t
|
dördoxlu şarnirlə birləşdirilmiş üçün
|
28 t
|
4. Nəqliyyat vasitəsinin oxuna düşən yükün icazə verilən kütləsi (çəkisi)
4.1. Nəqliyyat vasitəsinin oxuna düşən yükün icazə verilən kütləsi (çəkisi) 3 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır:
3 nömrəli cədvəl
1. İkioxlu nəqliyyat vasitələrində bir ox üçün
|
|
aparan
|
10 t
|
aparılan
|
10 t
|
Cütlənmiş oxlar, ikimeyilli (bir oxun hər tərəfində iki təkər olduqda) təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır:
0,5 m-dən 1 m-ə qədər
|
12 t
|
1 m-dən 1,3 m-ə qədər
|
14 t
|
1,3 m-dən 1,8 m-ə qədər
|
16 t
|
1,8 m-ə bərabər və ya çox
|
18 t
|
Cütlənmiş oxlar, birmeyilli (bir oxun hər tərəfində bir təkər olduqda) təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır:
0,5 m-dən 1 m-ə qədər
|
11 t
|
1 m-dən 1,3 m-ə qədər
|
13 t
|
1,3 m-dən 1,8 m-ə qədər
|
15 t
|
1,8 m-ə bərabər və ya çox
|
17 t
|
Üçoxlu oxlar, ikimeyilli təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı göstəriciləri aşmamalıdır:
0,5 m-dən 1 m-ə qədər
|
16,5 t
|
1 m-dən 1,3 m-ə qədər
|
19,5 t
|
1,3 m-dən 1,8 m-ə qədər
|
22,5 t
|
1,8 m-ə bərabər və ya çox
|
25,5 t
|
Üçoxlu oxlar, birmeyilli təkərlərə malik qoşqular və ya yarım- qoşqular üçün oxlararası məsafə:
0,5 m-dən 1 m-ə qədər
|
15 t
|
1 m-dən 1,3 m-ə qədər
|
18,3 t
|
1,3 m-dən 1,8 m-ə qədər
|
21 t
|
1,8 m-ə bərabər və ya çox
|
24 t
|
İkimeyilli təkərləri olan yük avtomobili və ya avtobusun cütlənmiş aparıcı ox kütlələrinin cəmi aşağıda göstərildiyindən çox olmamalıdır:
0,5 m-dən 1 m-ə qədər
|
12 t
|
1 m-dən 1,3 m-ə qədər
|
14 t
|
1,3 m-dən 1,8 m-ə qədər
|
16 t
|
1,8 m-ə bərabər və ya çox
|
18 t
|
və eləcə də hava asqısı və ya ekvivalenti ilə bərkidiləndə
|
19 t
|
Birmeyilli təkərləri olan yük avtomobili və ya avtobusun cütlənmiş aparıcı oxları üçün ox kütlələrinin cəmi aşağıda göstərildiyindən çox olmamalıdır:
0,5 m-dən 1 m-ə qədər
|
11 t
|
1 m-dən 1,3 m-ə qədər
|
13 t
|
1,3 m-dən 1,8 m-ə qədər
|
15 t
|
4.2. Avtomobilin və ya kombinə edilmiş nəqliyyat vasitəsinin aparıcı oxu və ya oxları üzərinə düşən ağırlıq avtomobilin və ya kombinə edilmiş nəqliyyat vasitələrinin ümumi kütləsinin 25 faizindən az olmamalıdır.
|