152
üsul və texnologiyaların yaradılması və sonda bütün bunların
inteqral sxemlər şəklində birləşdirilməsindən ibarətdir.
Nanotexnologiyaların tətbiq sahəsindən asılı
olmayaraq,
bu texnologiyalar bütün təbiət elmlərini bir araya gətirir və hər
bir istiqamətdə qarşıya qoyulan məqsədə çatmaq üçün, bu
nailiyyətlər birgə tətbiq edilməlidir.
Müasir elektronikanın qarşısında duran əsas məqsəd isə
elektron qurğularının ölçü və kütlələrinin kiçildilməsindən
ibarətdir.
Yaxın tariximizə nəzər salsaq görərik ki, bu məqsədə
müəyyən dərəcədə çatılmışdır. Belə ki, elektrotexniki
komponentlərdən
elektron
lampalarına,
lampalardan
tranzistorlara,
tranzistorlardan
inteqral sxemlərə ardıcıl
texnoloji keçid müasir mobil telefonların, cib kompüterlərinin,
şəxsi tibbi aparatların və müasir insanın həyatında istifadə edilə
bilən daha bir sıra qurğuların yaradlmasına güclü təkan
vermişdi. 1965-ci ildə İntel kompaniyasının təsisçilərindən biri
olan Qordon Mur maraqlı bir kəşf etdi. O gördü ki, inteqral
sxemlərin elementlərinin tez-tez kiçildilməsi,
sonradan onun
adını daşıyan Mur qanununa tabe olur, yəni inteqral sxemdə
elektron komponentlərinin yerləşmə (yığılma) sıxlığı təqribən
hər 1,5-2 ilə 2 dəfə artır ki, bu da öz növbəsində,
hesablama
gücünün və məhsuldarlığın 2 dəfə artımına gətirib çıxarır. Bu
qanun, İntel kompaniyası tərəfindən istehsal olunan bütün
məhsullarda özünü tam doğruldur. Lakin bu qanunauyğunluq
sonsuzluğa qədər davam edə bilməz, yəni müasir
mikrosxemlərin əsasını təşkil edən elementlərin ölçüləri
müəyyən həddə qədər kiçildilə bilər. Onda belə bir sual verə
bilərsiniz: “Hansı ölçülərə qədər kiçilmə mümkündür?” bu
sualın cavabı da artıq fiziklərə məlumdur. Bu gün müasir
153
texnika nəzəri olaraq informasiyanı bir elektron vasitəsilə
saxlamağa və ötürməyə yaxındır. Bu o deməkdir ki, inteqral
sxemlərin elementlərinin ölçüləri bir neçə atom qatı tərtibindən
kiçik ola bilməz. Bu ölçülərdə bilirik ki, artıq
klassik fizika
qanunları öz mahiyyətini itirir və bu cür elementlər kvant
mexanikası qanunlarına tabe olur. Ona görə də, nanotexnoloji
nailiyyətlərin əsasını sırf kvant mexaniki hesablamalar təşkil
edir. Əvvəlcə, hər hansı bir məqsədə çatmaq üçün
kvanmexaniki hesablamalar aparılır, bunun mümkünlüyü
nəzəri sübut edildikdən sonra isə texnologiyaların yaradılması
istiqamətində araşdırmalara start verilir.