Elektron vergi hesab-fakturasının hazırlanması




Download 29,71 Kb.
bet5/7
Sana07.05.2021
Hajmi29,71 Kb.
#14355
TuriQaydalar
1   2   3   4   5   6   7
4. Elektron vergi hesab-fakturasının hazırlanması
4.1. Elektron vergi hesab-fakturası malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytının İnternet Vergi İdarəsində yaradılmış elektron vergi hesab-fakturası sistemində Azərbaycan dilində hazırlanır.

Vergi ödəyiciləri onlara vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları"na əsasən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə İnternet Vergi İdarəsinə daxil olaraq elektron vergi hesab-fakturasını hazırlayır, təsdiq edir və təqdim edirlər. Vergi ödəyiciləri təhlükəsizlik baxımından istifadəçi kodu, şifrə və parolu məxfi saxlamalı, başqa şəxslərə istifadə üçün verməməli, istifadəçi kodu, şifrə və parol unudulduqda və ya istifadəçi kodu, şifrə və paroldan başqaları tərəfindən istifadə edildiyi məlum olduğu andan 2 gün müddətində uçotda olduğu vergi orqanına yazılı məlumat verməlidirlər.2

4.1-1. Satıcı elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları”na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2006-cı il tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olaraq hazırlayır. Elektron vergi hesab-fakturasının tərtib edilməsi, ləğv edilməsi, dəqiqləşdirilməsi, əvəzləşdirilən elektron vergi hesab-fakturaları barədə məlumatların sistemə daxil edilməsi üzrə əməliyyatların həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir.3

4.1-2. Bu Qaydaların 4-1-ci bəndinə uyğun olaraq hazırlanmış elektron vergi hesab-fakturasının təsdiq edilərək göndərilməsini satıcı qismində aşağıdakı şəxslər gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirə bilərlər:

4.1-2.1. vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri;

4.1-2.2. bu Qaydaların 4-2.1-ci yarımbəndində qeyd edilmiş şəxsin özü və ödəniş sənədlərini təsdiq etməyə səlahiyyəti olan digər şəxs (şəxslər).

4.1-3. Elektron vergi hesab-fakturasının bu Qaydaların 4-2.2-ci yarımbəndinə uyğun təsdiq edilərək göndərilməsinin ödəniş sənədlərini təsdiq etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi bu Qaydaların 4-2.1-ci yarımbəndində qeyd edilmiş şəxslər tərəfindən İnternet Vergi İdarəsində yaradılmış “Səlahiyyətlərin idarə edilməsi” menyusundan istifadə edilməklə, gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir.

4.2. Elektron vergi hesab-fakturasında məbləğ milli valyutada (manatla) göstərilməlidir. Elektron vergi hesab-fakturası doldurularkən, onun boş qalmış sətirləri olarsa, bunlar proqram təminatı tərəfindən "0" (sıfır) kimi qəbul edilir.

4.3. Elektron vergi hesab-fakturasının hazırlanaraq qeydə alındığı tarix həmin elektron vergi hesab-fakturasının verilmə tarixi sayılır və bu tarix elektron vergi hesab-fakturasında proqram təminatı vasitəsilə avtomatik olaraq qeyd olunur.

4.4. Elektron vergi hesab-fakturasının "Təqdim edən" rekvizitində mal təqdim edən, iş görən və ya xidmət göstərən vergi ödəyicisinin (satıcının), "Alıcı" rekvizitində isə malın (işin, xidmətin) alıcısının (sifarişçisinin) tam adı və VÖEN-i göstərilməlidir.

4.5. Elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Təsdiqedici sənədlər olmadıqda, elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir.

4.6. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası təqdim edildiyi halda, "Əlavə qeydlər" rekvizitində "Dəqiqləşdirilmiş" sözü yazılmaqla, dəqiqləşdirilən elektron vergi hesab-fakturasının seriyası, nömrəsi və tarixi göstərilməlidir.

Elektron vergi hesab-fakturası verilməsi zamanı vergi ödəyicilərinin iş xüsusiyyətlərindən, təsərrüfat əməliyyatlarının xarakterindən asılı olaraq müvafiq qeydlər aparıla bilər.

4.7. Elektron vergi hesab-fakturasının bütün xanalarının doldurulması zəruridir:

"Sıra №-si" sütununda - alıcıya (sifarişçiyə) yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adları ardıcıl nömrələnməli;

"Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı" sütununda - təqdim edilmiş malların (işlərin, xidmətlərin) adları;

"Ölçü vahidi" sütununda - malların (işlərin, xidmətlərin) ölçü vahidi;

"Miqdarı, həcmi" sütununda - malların (işlərin, xidmətlərin) ölçü vahidi ilə miqdarı (həcmi);

"Vahidinin buraxılış qiyməti" sütununda - malların (işlərin, xidmətlərin) müəyyən olunmuş ölçü vahidinin qiyməti (ƏDV və aksiz nəzərə alınmadan);

"Cəmi" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin (ƏDV-siz və aksizsiz) ümumi dəyəri;

"Aksiz" qrafasının ikinci ("məbləği") sütununda - aksizli mallar üzrə aksizin ümumi məbləği;

"Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri (ƏDV-siz)" qrafasının "cəmi" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ilə aksizin məbləğinin cəmi;

"o cümlədən, ƏDV-yə cəlb edilən" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin əlavə dəyər vergisinə cəlb olunan dəyəri;

"o cümlədən, ƏDV-yə cəlb edilməyən" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər vergisinə cəlb olunmayan dəyəri;

"o cümlədən, ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilən" sütununda - yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb edilən dəyəri;

"Vergi tutulan əməliyyatdan ödənilməli ƏDV" sütununda göstərilən məbləğ eyni bir sətir üzrə "ƏDV-yə cəlb edilən" sütununda göstərilən rəqəmin ƏDV-nin qanunvericiliklə müəyyən edilmiş dərəcəsinə hasil edilməklə hesablanır;

"Yola salınmış mallar, görülmüş işlər və ya göstərilmiş xidmətlər üçün məbləğ" sütununda göstərilən məbləğ eyni bir sətir üzrə "Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri (ƏDV-siz)" "cəmi" sütunu ilə "Vergi tutulan əməliyyatdan ödənilməli ƏDV məbləği" sütununda göstərilən məbləğlərin cəminə bərabər olmalıdır;

"Yekunu" sətrində müvafiq bəndlərin sütunlarının yekunu göstərilməlidir, elektron vergi hesab-fakturası bir neçə səhifədən ibarət olduqda yekun sətri sonuncu səhifədə doldurulur.




Download 29,71 Kb.
1   2   3   4   5   6   7




Download 29,71 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektron vergi hesab-fakturasının hazırlanması

Download 29,71 Kb.