MÜHAZİRƏ 10 YANĞIN TƏHLÜKƏSİZLİYİ




Download 1,28 Mb.
Pdf ko'rish
bet94/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   90   91   92   93   94   95   96   97   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

MÜHAZİRƏ 10
YANĞIN TƏHLÜKƏSİZLİYİ
10.1. Yanma prosesinin fiziki-kimyəvi əsasları
Müəssisə üçün yer seçilməsi, onun baş planının tərtib edilməsi, bina, qurğu və
avadanlıqların layihələndirilməsi və yerləşdirilməsi istehsalatın partlayış və yanğın baxımından
təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilməlidir.
Yeni proqressiv konstruksiyaya malik olan texnoloji avadanlıqların tətbiqi, texnoloji
proseslərin kompleks avtomatlaşdırılması, yeni avtomat yanğın söndürən və yanma mənbəyini
aşkar edən sistemlərdən istifadə edilməsi istehsalatın yanğın təhlükəsinin azaldılmasına imkan
yaradır. Lakin, bununla yanaşı, istehsalatda məhsuldarlığın yüksəldilməsinə, texnoloji
proseslərin intensivləşdirilməsinə yönəldilən səy, tikintilərin sıxlığının artması, qurğular
arasındakı məsafələrin qısaldılması ağır nəticə törədə bilən yanğının yaranma ehtimalını artırır.
Bu baxımdan, istehsalatda yanğın təhlükəsini aradan qaldırmaq üçün kompleks profilaktiki
tədbirlərin hazırlanması və həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Yanğın profilaktikası tədbirlərinin daha effektli olması üçün, yanğın törədə bilən səbəbləri
və şəraiti ətraflı bilmək və onların aradan qaldırılması üçün lazımi tədbirlər görmək istehsalatın
yanğın təhlükəsizliyinin təmininə zəmin yaradar.
Yanma, istilik və işıqlılıq ayrılması ilə gedən oksidləşmə reaksiyasıdır. Yanmanın baş
verməsi üçün yanan maddənin, oksidləşdirici mühitin və alışdırıcı mənbəyin mövcud olması
vacibdir.
Yanmanın yaranması üçün yanar maddə ilə havanın oksigeni müəyyən nisbətdə olmalıdır.
Əksər maddələr havanın tərkibində oksigenin miqdarı 14 – 15% olduqda yanmağa başlayır.
Lakin, bəzi maddələr oksigenin miqdarı göstərilən faizdən az olduqda da yana bilirlər. Məsələn,
havanın tərkibində oksigenin miqdarı 10,5% olduqda hidrogen-sulfid, 3,7% olduqda asetilen
sərbəst yana bilir.
Yanma, maddə daxilində olan və maddənin parçalanmasından ayrılan oksigenin hesabına
da baş verə bilir.
Qeyd etmək lazımdır ki, yanma yalnız maddələrin oksigenlə təması ilə deyil, başqa
oksidləşdirici mühitlərdə də baş verə bilər. Məsələn, asetilen, dəmir və bir neçə başqa maddələr
xlor atmosferində , manqan karbon qazı, mis kükürd buxarı mühitində yanma qabiliyyətinə
malikdir.


Alışdırıcı mənbə (alovlanma impulsu) yanma qarışığına təsir edərək onda yanma prosesi
törədən ehtiyat enerji növüdür. Yanar qazlar və buxarlar havanın oksigeni ilə görüşdükdə
oksidləşərək özündən əlavə istilik ayrılır ki, bu yanmaya səbəb ola bilər. Maddə daxilində gedən
kimyəvi və mikrobioloji proseslər də yanma törədə bilərlər.

Download 1,28 Mb.
1   ...   90   91   92   93   94   95   96   97   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÜHAZİRƏ 10 YANĞIN TƏHLÜKƏSİZLİYİ

Download 1,28 Mb.
Pdf ko'rish