yaxşı elektrik və istilik izolyasiyası xassəsinə malikdirlər. Ən çox andezit və beştaunitdən,
turşuya davamlı keramikadan, emal örtüyündən istifadə olunur. Üzvi kimya materiallarından
plastmas, qrafit əsasında hazırlanmış materiallar, rəngli lak örtüyündən və s. istifadə edilir. Son
vaxtlar avadanlığın metal hissələrinin mühafizəsi üçün inhibitorlardan istifadə edilir. Korroziya
mühitinə az miqdarda əlavə etdikdə metalın elektrokimyəvi korroziyasının sürətini
azaldan
maddələrə inhibitor deyilir.
Elektrokimyəvi korroziya prosesini tormozlama mexanizminə görə
inhibitorlar anod
(xromatlar, bixromatlar, nitratlar və s.), katod (
ZnSO
4,
ZnCl
2
) ekranlayıcı və qarışıq tipli olurlar.
İnhibitorlar metalın səthinə adsorbsiya olunaraq, anod prosesinin qarşısını alır, həmçinin katod
reaksiyasına mane olur və ya ekranlayıcı qat əmələ gətirərək metalı elektrolitdən izolə edir.
İnhibitorlardan əsasən soyutma sistemlərində, kondensasiya qurğularında, tutumlarda və
həmçinin, metal məmulat müvəqqəti konservasiya edilən zaman istifadə olunur.
Neftin ilk emalı prosesində, su fazasında olan xloridlər, xlor turşusu və hidrogen sulfidin
təsirindən yaranan korroziyanın qarşısını almaq üçün İKB-1, İKB-2 və katapin K
inhibitorlarından istifadə olunur. İnhibitorlar, adətən, prosesə fasiləsiz
olaraq ammonyakla
birlikdə verilir.
AT və AVT qurğularındakı su təchizatı dövri sistemində metalın mühafiəsi üçün suda həll
olunan İKB-4 adlı inhibitor işlədilir.
Tutumlarda, yeraltı boru kəmərlərində və başqa yeraltı metal qurğularında korroziyaya
qarşı mübarizə, başlıca olaraq, katod və protektor mühafizəsidir.
Katod mühafizəsi zamanı (şəkil 1.3.) qorunan obyekt (burada, boru kəməri-1) xarici daimi
cərəyanın (3) mənfi qütbünə birləşdirilir və o, katoda çevrilir. Cərəyan mənbəyinin müsbət qütbü
xüsusi torpaqlayıcı ilə (5) birləşdirilir ki, bu da anod rolunu oynayır. Beləliklə, qapanmış elektrik
zənciri alınır ki, bundan da cərəyan anodla yerdən keçərək qorunan boru kəmərinə (1) ötürülür,
sonra isə mənfi qütbün xarici cərəyan mənbəyinə (3) gedir. Bu zaman, anod torpaqlayıcı tədricən
dağılır və boru kəmərinin mühafizəsini təmin edir. Cərəyan mənbəyi kimi müxtəlif növ katod
mühafizəsi stansiyaları (harada ki, dəyişən cərəyan sabit cərəyana çevrilir) və ya kimyəvi
cərəyan mənbəyi (qalvanik elementlər, akkumulyatorlar) istifadə edilir. Burada anod torpaqlayıcı
rolunu polad, kömür və qrafit elektrodlar oynayır.
Katod mühafizəsinin müsbət cəhətləri ondan ibarətdir ki, o uzunömürlü və etibarlıdır.
Çatışmayan cəhəti isə, iş prosesi avtomatik olaraq yerinə yetirildikdə, mürəkkəb aparatlarla idarə
olunması və sərbəst daimi cərəyan mənbəyindən istifadə edilməsidir.
Şəkil 6.2