rəngi
yazı
rəngi
çəkilmiş
xəttin
rəngi
Azot
qara
Azot
Sarı
qəhvəyi
Ammiak
sarı
Ammiak
Qara
-
Arqon
təmizlənməmi
ş
qara
Arqon
təmizlənməmiş Ağ
Ağ
Arqon texniki
qara
Arqon texniki
Göy
Göy
Arqon təmiz
boz
Arqon təmiz
Yaşıl
Yaşıl
Asetilen
ağ
Asetilen
qırmızı
-
Butilen
qırmızı
Butilen
Sarı
Qara
Neft-qaz
boz
Neft-qaz
qırmızı
-
Butan
qırmızı
Butan
Ağ
-
Hidrogen
tünd yaşıl
Hidrogen
qırmızı
-
Hava
qara
Sıxılmış hava
Ağ
-
Oksigen
mavi
Oksigen
Qara
-
Hidrogen
sulfid
ağ
Hidrogen
sulfid
qırmızı
Qırmızı
Kükürd
anhidrid
qara
Kükürd
anhidrid
Ağ
Sarı
Fosgen
xaki
-
-
Qırmızı
Freon-11
alümin
Freon-11
Qara
Göy
Freon-12
“----“
Freon-12
“----“
-
Freon-13
“----“
Freon-13
“----“
2 qırmızı
Freon-22
“----“
Freon-22
“----“
3 sarı
Xlor
xaki
-
-
Yaşıl
Etilen
bənövşəyi
Etilen
qırmızı
-
Bu balonlar məsaməli kütlə (aktiv kömür) və həlledici məhlul (aseton) ilə doldurulur.
Balonlara vurulan asetilen asetonda həll olaraq onun daxilində olan kömürün məsamələrində
paylanılır. Təhlükəsizlik qaydalarında asetilen balonlarının konstruksiyalarına, onların
doldurulmasına və müayinəsinə xüsusi tələbat irəli sürülür. Asetilen balonlarında təzyiq 1,6 МPа
olur.
Balonların düzgün istismarı üçün onların daxilində qalıq təzyiqi 50 kP-dаn az olmamalıdır.
Bu
hal imkan verir ki, balon doldurulmazdan əvvəl onun tərkibindəki qaz götürülüb
analiz
edilsin və eyni zamanda balon daxilinə atmosfer havası daxil ola bilməsin.
İstismarda olan balonlar hər 5 ildən bir texniki müayinədən keçirilməlidir.
Korroziya törədən qazlarla (xlor, fosgen, hidrogen sulfid, hidrogen xlor və s) doldurulmuş
balonlar hər 2 ildən bir müayinə edilir. Asetilen balonlarından başqa yerdə qalan balonların
müayinəsinə daxil edilir:
- balonun daxili və xarici səthlərinin nəzərdən keçirilməsi;
- həcm və kütləsinin yoxlanması;
- hidravliki sınaq.
Balonların daxili və xarici səthlərinin nəzərdən keçirilməsində məqsəd
onlarda olan
korroziyanı, çatları, əzik sahələri və s. varlığını aşkar edib onların sonrakı istismara yararlı olub
olmamasını müəyyən etməkdən ibarətdir. Balon baxışdan əvvəl yaxşı təmizlənməli su ilə
yuyulmalıdır. Lazım olduqda balonlar xüsusi həlledicilərlə yuyulurlar.
Baxış nəticəsində balonun xarici və daxili səthlərində çatlar, əzintilər, boşluqlar aşkar
edilərsə və onların dərinliyi
divar qalınlığının 10% -ni təşkil edirsə, bu balondan istifadə etmək
qadağan edilir. Yiv hissəsində kələ-kötürlük yarandıqda, yiv yeyildikdə və
balonun pasport
göstəriciləri olmadığı halda da onların istismarına icazə verilmir.
Yuxarıda göstərilən nasazlığa rast gəlmədikdə balonların kütləsi və həcmi yoxlanılır.
Kütlənin azalması və həcmin artması halına təsadüf edilərsə balondan kiçik təzyiqlər üçün
istifadə edilir, və yaxud o, işə yararsız hesab edilir. Balonların aşağı təzyiqdə istifadə edilməsi
halları aşağıda verilmişdir (cədvəl 2).
Cədvəl 2
Balonların aşağı təzyiqdə istifadəsi halları
Kütlənin azalması, %
Həcmin artması,
%
İşçi təzyiqin
dəyişməsi
7,5-dən 10-dək
1,5 - 2,0
15% azaltmaq
10 - 15
2,0 - 2,5
50% azaltmaq
15 - 20
2,5 - 3,0
0,6 MPa qədər
20-dən çox
3-dən çox
Balon yararsızdır
Balonların sınağı 1 dəqiqə ərzində işçi təzyiqindən 1,5 dəfə artıq təzyiq altında
saxlanması ilə aparılır. Bu hidravliki sınaqdan sonra, balon 2 dəqiqə ərzində işçi təzyiq altında
saxlanılmalıdır.
Hidravliki sınaqdan sonra, işçi təzyiqdə pnevmatik sınaq aparılır.
Bu zaman, onlar
dərinliyi 1 m-dən yuxarı olan su vannası içərisinə salınır.
Məsaməli kütlə ilə doldurulmuş asetilen balonları azot vasitəsilə 3,5MPa təzyiqlə sınaq
edilir. Bu halda da balon dərinliyi 1m-dən az olmayan su vannası içərisinə salınır. Sınaq üçün
istifadə edilən azotun təmizliyi 97%-dən az olmamalıdır.